İcma:
Fransanı Ermənistandan
qovulmuş azərbaycanlıların
geri qayıtmasına dəstək verməyə
çağırırıq
Fransa Prezidenti Emmanuel Makron sentyabrın 24-də Fransanın
"TF1" və "France 2" televiziya kanallarına verdiyi müsahibəsində
Azərbaycanı guya Ermənistanın ərazi
bütövlüyünə təhdid yaratmaqda ittiham edib və
Qarabağda humanitar problemlərin olduğunu bildirib.
Xatırladaq ki,
Fransa hökuməti son 30 ildə Ermənistanın Azərbaycan
ərazilərini işğal
etməsinə, etnik təmizləmə yolu ilə bir milyona
yaxın azərbaycanlını
evindən qovmasına,
Azərbaycan ərazilərinin
əhəmiyyətli bir
hissəsini viran qoymasına heç vaxt münasibət bildirməyib.
AZƏRTAC xəbər verir ki, bu
fikirlər Qərbi Azərbaycan İcmasının
(QAİ) məsələ ilə
bağlı açıqlamasında
yer alıb.
Açıqlamada, həmçinin
bildirilib: "Fransa Ermənistanda bir nəfər də olsun azərbaycanlının
qalmamasına göz yumur. Əksinə Fransa bütün vasitələrlə Ermənistanı
müdafiə edərək,
onun bu əməllərinə
şərik olub.
Belə olan təqdirdə, iki ölkə arasında davamlı sülh üçün ümidlər
yarandığı bir
məqamda Fransa Prezidentinin destruktiv, təhrikçi və yanlış bəyanatı
bu dövlətin regionda sülhdə maraqlı olmadığını
göstərir.
Biz Fransa hökumətini qərəzli əməllərindən əl çəkməyə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmağa, Azərbaycan dövlətinin reinteqrasiya tədbirlərinə maneə olmamağa və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına dəstək verməyə çağırırıq".
Azərbaycan.-2023.-
26 sentyabr.- S.9.