İslam
Dünyası Mədəniyyət
Nazirlərinin 12-ci Konfransı
işə başlayıb
Azərbaycan Respublikasının
mədəniyyət naziri
Adil Kərimlinin rəhbərliyi ilə nümayəndə heyəti
İslam Dünyası
Mədəniyyət Nazirlərinin
12-ci Konfransında iştirak
etmək məqsədilə
sentyabrın 25-də Qətər
Dövlətinin Doha şəhərinə səfər
edib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-0a bildirilib
ki, Adil Kərimli “İslam dünyasında mədəni
fəaliyyətin yenilənməsinə
doğru” mövzusuna həsr olunmuş 12-ci Konfransın açılış
mərasimində iştirak
edib.
Builki tədbirdə
mədəniyyət siyasəti
üzrə əsas prinsiplər və davamlı inkişaf göstəriciləri, “İslam
dünyasının mədəniyyət
paytaxtı” proqramının
inkişaf etdirilməsi
mexanizmləri, mədəni
sərvətlərin qanunsuz
dövriyyəsinə qarşı
mübarizə sahələrində
birgə mədəni
fəaliyyətin genişləndirilməsi
kimi məsələlər
müzakirə ediləcək.
Konfransda, həmçinin Azərbaycanın söz-sənət beşiklərindən Şuşa şəhərini 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı ölkəmizin təqdim etdiyi nominasiya sənədinə baxılması, Şuşa ilə bağlı çıxış və təqdimat nəzərdə tutulur.
Azərbaycan.2023.- 26 sentyabr.- S.10.