Anqolada
Azərbaycan musiqisinin
dünyada təbliği
ilə bağlı layihə həyata keçirilir
Anqolanın Luanda
şəhərində Azərbaycan
musiqisinin dünyada təbliği ilə bağlı Nigeriyada fəaliyyət göstərən
Azərbaycanın Dostları
Təşkilatının və
Anqolada fəaliyyət
göstərən İncənət
və Mədəniyyət
Fondunun birgə təşkilatçılığı ilə “Birləşmiş
səslər” xeyriyyə
layihəsi həyata keçirilir.
"Azərbaycan" qəzeti xəbər verir ki, təşkilatın
təsisçisi və
prezidenti, uzun illərdir Afrikada yaşayan Billurə Bayramova - Bernardın sözlərinə görə,
layihə çərçivəsində
Anqolanın Camunga musiqi məktəbinin Simfonik Orkestrinin musiqiçiləri, İncəsənət
və Mədəniyyət
Fondunun tələbələri
ilə Azərbaycan Respublikasının Əməkdar
artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru, tarzən Sahib Paşazadənin beşgünlük ustad dərsləri baş tutub.
Nigeriyada fəaliyyət
göstərən Azərbaycanın
Dostları təşkilatı,
Azərbaycan Diasporuna Dəstək Fondu, Anqolada fəaliyyət göstərən İncəsənət
və Mədəniyyət
Fondunun birgə dəstəyi ilə həyata keçirilən
ustad dərsləri zamanı yerli tələbələrə Azərbaycan
musiqisi və tar ilə bağlı
məlumat verilib, tarın tarixi və sirrləri öyrədilib.
Layihənin məqsədi musiqiçilərə professional musiqinin sirrlərini aşılamaq, onlara dünyaşöhrətli musiqiçilər ilə eyni səhnəni paylaşmaq imkanını, mədəniyyətlər arasında körpü və yeni ölkələrdə tar sinifini yaratmaqdır.
Azərbaycan.-2023.-
26 sentyabr.- S.11.