Ukraynalı ekspert: Azərbaycanın ərazilərini azad etməsi Prezident İlham Əliyevin uzaqgörən strategiyasının
nəticəsidir
Azərbaycanın Qarabağ
bölgəsində uğurlu
antiterror tədbirlərinin,
ərazilərin işğaldan
azad edilməsinin əsas səbəbi Prezident İlham Əliyevin və Azərbaycan dövlətinin
uzaqgörən, düzgün
strategiya qurmasıdır.
Azərbaycan dövləti
bu məsələdə
sistemli siyasət apara bildi, ordu
quruculuğunda düzgün
addımlar atdı, uzunmüddətli və güclü strateji plan hazırlayıb həyata keçirdi.
Bu fikri
AZƏRTAC-a müsahibəsində, Ukraynanın Milli Antiböhran Qrupunun aparıcı tərəfdaşı,
siyasi ekspert Taras Zaqorodnıy söyləyib.
Onun sözlərinə
görə, Qarabağ
probleminin həlli üçün Azərbaycan
güclü müttəfiqlər
cəlb etməyə nail oldu, baxmayaraq
ki, bəzi Qərb dövlətləri
antiterror tədbirlərinin
əleyhinə idi. Azərbaycan ətrafında
yaranmış şəraitlə
bağlı düzgün
yol seçərək
bu istiqamətdə irəlilədi.
“Azərbaycan ərazisindəki
separatçı anklav
faktiki olaraq dağıdılıb və
indi biz bu çoxillik işin nəticəsini görürük. Bir daha vurğulayıram ki, çoxillik işi. Çünki bu, belə asanlıqla
yarana bilməzdi və bu, bir
çox ölkələr,
o cümlədən Ukrayna
üçün yaxşı
nümunədir”, - deyə
siyasi ekspert vurğulayıb.
T.Zaqorodnıyın sözlərinə görə, beynəlxalq qurumlar uzun müddətdir ki, öz yaxşı tərəflərini göstərmirlər, çünki çox vaxt ölkələrin maraqları ilə ayrı-ayrı beynəlxalq bürokratiyanın maraqları üst-üstə düşmür: “1980-ci illərin sonu - 1990-cı illərin əvvəlində Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal olunduqdan sonra beynəlxalq qurumlar ötən illər ərzində yalnız uğursuz vasitəçiliklə, monitorinqlə kifayətləndilər. Yəni, beynəlxalq qurumlar, təəssüf ki, indiki formada artıq tükəniblər”.
Azərbaycan.-2023.- 26 sentyabr.- S.8.