QLOBAL LİDERLİK ÖRNƏYİ
"İlham Əliyev həm biliyinə, həm iş təcrübəsinə, həm ağlına, həm də insani keyfiyyətlərinə görə Azərbaycanın siyasi səhnəsində görkəmli bir adamdır"
Heydər ƏLİYEV
Ərazi bütövlüyünün bərpası dünyanın Azərbaycana münasibətini büsbütün dəyişdi!
44 günlük Zəfər müharibəsində qazanılan möhtəşəm qələbə dünyanın Azərbaycan xalqına da verdiyi dəyəri yenilədi!
Azərbaycanın apardığı XXI əsrin ən yeni müharibəsi, həmin müharibədə tətbiq edilən müasir strategiya və taktika, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər üç cəbhədə - hərb meydanında, diplomatiya və informasiya müharibəsində qazandığı möhtəşəm qələbə bütün dünyanın İlham Əliyevə də baxışını və ona olan münasibətini yeni səviyyəyə qaldırdı!
Əslində, bütün bunlar mövcud reallığın və onların bir qədər gecikmiş şəkildə olsa da, yenidən, obyektiv şəkildə dərki və qiymətləndirilməsi sayılır!
Həm də sonsuz qürur və fəxarət doğurur!
***
Cənab İlham Əliyev iyirmi il öncə prezidentliyə namizədliyini irəli sürəndə Azərbaycan xalqı onu yalnız üç sahədə sınaqdan uğurla çıxmış siyasətçi kimi tanıyırdı:
* "Əsrin müqaviləsi" neft kontraktının imzalanması ilə başa çatan gərgin, uzunsürən və məsuliyyətli "neft danışıqları"ndakı əvəzsiz xidmətinin;
* Milli Olimpiya Komitəsinə rəhbərliyi dövründə ölkədə idmanın dirçəldilməsi və inkişafı sahəsində qazandığı mühüm nailiyyətlərinin şahidi olmuşdu;
* Milli Məclisin deputatı kimi seçicilərinin timsalında geniş əhali təbəqəsinin sosial-iqtisadi problemlərinin həllində ciddi dönüş yaratması, əsl millət vəkili statusunu qazanması.
Cənab İlham Əliyevin bu məsuliyyətli vəzifəyə ali təqdimatını isə Ulu Öndər Heydər Əliyev verdi:
"O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Artıq zaman, dövrün çətin sınaqları hər şeyi öz yerinə qoyub!
Adam hətta özünə "Əgər İlham Əliyev Azərbaycan Prezidenti seçilməsəydi və ötən illər ərzində dövlətə rəhbərlik etməsəydi, onda ölkənin və xalqın vəziyyəti necə olardı?" sualını verməkdən də ehtiyat edir!
Doğrudan da, necə olardı?
* Tarixinin ən qüdrətli Azərbaycanı yaranardımı?
* Azərbaycan müstəqil, yalnız milli və dövləti maraqlara xidmət edən siyasət yeridə bilərdimi?
* Azərbaycan mühüm nəqliyyat dəhlizlərinin keçdiyi ölkəyə, logistika mərkəzinə çevrilərdimi?
* Avropanın enerji ilə təchizatının müəyyən qisim ağırlığını öz üzərinə götürə bilərdimi?
* İşğal altındakı torpaqlar azad edilərək ərazi bütövlüyümüz bərpa edilərdimi?
Bu qəbildən olan sualların sayını istənilən qədər artırmaq da olar!
Həqiqət isə birdir!
Bu gün heç kəsdə zərrə qədər də şübhə yoxdur ki, bütün bu və digər məsələləri yalnız və yalnız cənab İlham Əliyev həll edə bilərdi!
Həm də bu qədər uğurla!
***
Gəlin digər bir sualı da cavablandırmağa çalışaq:
Cənab İlham Əliyev ölkə daxilində daha çox iş görür, yoxsa Azərbaycanın beynəlxalq əlaqələri və əməkdaşlığının inkişaf etdirilməsi sahəsində?
Bu da asan
olmayan sualdır!
Cavabın
çətinliyi isə ondadır ki, Azərbaycan hər iki
sahədə çox mühüm işlər görüb və
görür, hər iki sahədə möhtəşəm
uğurlara imza atıb və atır!
Cənab
İlham Əliyevin öz təbiri ilə desək, "Məqsəd
xalqımızı xoşbəxt etmək, Azərbaycan
üçün doğru olanı etməkdir!"
***
Həyatda
hər şeyin zamana ehtiyacı var!
Zaman təkcə
ömür deyil!
Zaman həm
də görüləcək işlərin,
reallaşdırılacaq layihələrin gerçəkləşdirilməsi
üçün tələb olunan vaxtdır, müddətdir!
Ulu
Öndər Heydər Əliyevin müstəqil Azərbaycanla
bağlı mühüm planları, görəcək işləri
vardı!
Təəssüf
ki, ömür vəfa etmədi...
Ulu
Öndərimizin müdrikliyi və uzaqgörənliyi həm
də onda idi ki, vaxtında onu ləyaqətlə əvəz
edəcək siyasi varisi yetişdirmiş, Azərbaycanın
güclü və etibarlı əllərə
tapşırılması qayğısına da
qalmışdı.
Ümummilli
Liderimiz hansı yarımçıq işləri nəzərdə
tuturdu?
***
20 sentyabr
1994-cü ildə "Əsrin müqaviləsi"
imzalanmışdı.
Lakin ilkin
neftdən qazanılan vəsait çəkilən xərclərin
bağlanmasına yönəldildiyindən büdcəyə
kifayət qədər neft pulları daxil olmurdu. Odur ki, nəzərdə
tutulan bir çox vacib işləri dərhal görmək
mümkün deyildi.
BELƏ
Kİ:
* Hələ
də ölkədə işsizlik və yoxsulluq faizi yüksək
idi;
*
Çadır şəhərciklərində və ictimai
binalarda yaşayan məcburi köçkünlərin vəziyyəti
ürəkaçan deyildi və dövlət onlara kifayət
qədər qayğı göstərə bilmirdi;
*
Regionlarda insanlar çətinlik çəkir, kəndlər
boşalırdı;
* Ordu
quruculuğuna başlanılsa da, ordunun müasir silah-sursatla təchizi
və hərbi hissələrdəki şərait lazımi səviyyədə
deyildi;
*
Bakı-Tbilisi-Ceyhan neft kəməri işə salınsa da,
maliyyə problemləri sarıdan (o dövrdə beynəlxalq
banklar Azərbaycana həvəslə kredit ayırmırdılar)
Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars transmilli layihələrinin
gerçəkləşdirilməsi ləngiyirdi;
* Beynəlxalq
qurum və təşkilatlarda Azərbaycanın haqq işinin
müdafiəsinin gücləndirilməsinə ehtiyac duyulurdu;
*
İşğal altındakı torpaqların azad edilməsi və
ölkənin ərazi bütövlüyünün bərpası
milli, tarixi və müqəddəs vəzifə kimi
qarşıda dururdu və s.
Ulu
Öndər Heydər Əliyev yarımçıq qalan
işlərin başa çatdırılmasının çətinliyini
və mürəkkəbliyini gözəl bilirdi.
Həm də
əmin idi ki, həmin müşkül məsələlərin
öhdəsindən yalnız İlham Əliyev gələ bilər!
Dövlətin
ən ağır və məsuliyyətli dövrlərinin
birində hakimiyyət sükanı arxasına keçən cənab
İlham Əliyev görüləcək işlərin
miqyası və nəhəngliyini, zamanın
darlığını yaxşı anlayırdı.
Həm də
Ümummilli Liderimizin və xalqın ona olan inam və
etibarını doğrultmaqdan qeyri yol olmadığını
da gözəl bilirdi.
Bu,
İlham Əliyev üçün tarixi imtahan idi!
Bu,
dövlət başçısı seçilən İlham Əliyev
üçün əsl sınaq idi!
Elə
bir imtahan və sınaq ki özünü həm ölkə
daxilində görülən işlər, həm də beynəlxalq
aləmdəki fəaliyyəti ilə doğrultmalı idi!
Xoşbəxtlikdən
doğrultdu da!
***
Artıq
cənab İlham Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyətə
başlamasından iyirmi ilədək müddət keçir.
Geriyə
boylananda görülmüş işlərin həcmi və
möhtəşəmliyi qürur və iftixar hissi doğurur.
Prezident
İlham Əliyevin Azərbaycana rəhbərliyi
dövründə Azərbaycan başdan-başa dəyişdi,
yeniləndi, müasirləşdi:
* Tarixinin
ən qüdrətli, müstəqil daxili və xarici siyasətini
yürüdən yeni Azərbaycan yarandı;
* Azərbaycanın
enerji təhlükəsizliyi təmin olundu, ən ucqar
yaşayış məntəqələri belə fasiləsiz
elektrik enerjisi və təbii qazla təmin olundu;
*
Regionların sosial-iqtisadi inkişafına dair dörd dövlət
proqramı təsdiq edilərək uğurla həyata
keçirildi;
* Nəqliyyat
təhlükəsizliyi təmin edildi, yol infrastrukturu tam yeniləndi,
kəndarası yollar belə asfaltlandı;
*
Qaçqın və məcburi köçkünlər
müasir tipli evlərə və çoxmərtəbəli
binalardan ibarət şəhərciklərə
köçürülərək yaşayış şəraitlərini
əsaslı şəkildə yaxşılaşdırdılar;
* Yoxsulluq
və işsizlik minimum səviyyəyə endirildi;
*
Bütövlükdə Prezident İlham Əliyevin müəllifi
olduğu İnkişafın Azərbaycan Modeli yaradılaraq
müstəqil dövlətimizin sürətli, ardıcıl
və davamlı inkişafı təmin edildi!
Beləliklə,
Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətinə,
söz sahibinə, dövlət başçısı İlham Əliyev isə
dünyanın sayılıb-sevilən liderlərindən birinə,
ən nüfuzlu beynəlxalq tədbirlərin arzuolunan dəvətlisinə,
sayılıb-sevilən iştirakçısına
çevrildi!
***
Ulu
Öndər Heydər Əliyev cənab İlham Əliyevi həm
də "müasir dünya siyasətinin dərin bilicisi"
də adlandırmışdı.
İlham Əliyev
beynəlxalq aləmdəki ardıcıl, səmərəli və
uzaqgörən fəaliyyəti ilə Ümummilli Liderimizin bu
fikrini də ləyaqətlə doğrultdu.
Cənab
İlham Əliyev dünya siyasətinə öz xarakteri, daim
dəyişməz olan prinsipləri ilə qatıldı!
Bu sayaq da
qəbul edildi, tanındı, sevildi, məşhurlaşdı
və Azərbaycana çoxsaylı dostlar qazandırdı!
İlham Əliyev
beynəlxalq aləmdə Azərbaycanın yeni imicini
formalaşdırdı:
* demokratik;
*
güclü;
*
müasir;
*
multikultural dəyərlərə sahib;
* idmansevər;
*
etibarlı tərəfdaş;
* qorxmaz,
döyüşkən və itirilmiş torpaqlarına sahib
çıxan.
***
Azərbaycan
Prezidenti İlham Əliyev qarşısına qoyduğu
bütün hədəflərə sarsılmaz iradəsi, polad
əzmi, qətiyyəti və dəyişməz prinsipləri
ilə çatdı!
Heç
zaman, heç bir halda Azərbaycanın milli və dövlət
maraqları ilə bağlı məsələlərdə
kimsəyə güzəştə getmədi!
İlham Əliyevin
fəaliyyət prinsiplərinə qısa şəkildə nəzər
salaq:
* Sözlə
əməlin vəhdəti, dediyini etmək;
*
Atılan hər addımda dövlət maraqlarını, milli
mənafeyi rəhbər tutmaq;
* Beynəlxalq
hüquqa və ədalətə sadiqlik;
* Əlaqə
və əməkdaşlıq zamanı tərəfdaş
dövlətlərin də maraqlarını nəzərə
almaq;
* Çətinliyə
düşən dost dövlətlərə, dövlət
başçılarına arxa durmağı, mərd-mərdanə
kömək göstərməyi bacarmaq;
*
Prinsipial məsələlərdə möhkəm iradə və
qətiyyət, dönməzlik göstərmək, hadisələrin
üstünə getmək;
*
Çaşanların, yalan danışanların,
cızığından çıxanların cavabını kəskin
şəkildə vermək, bunun üçün münasib
zaman və məkan seçməyi bacarmaq;
* Nəyi
nə vaxt və necə etməyi səhvsiz, dəqiqliklə
müəyyənləşdirmək.
***
Prezident
İlham Əliyevi dünyada məşhurlaşdıran və
türk dövlətlərinin sevimlisinə çevirən
başlıca amillərdən biri onun beş əsrdə ilk dəfə
itirilmiş Azərbaycan torpaqlarını döyüşərək
geri qaytarması, ikiəsrlik "Qarabağ problemi"ni
çözməsi oldu!
44
günlük Zəfər müharibəsində Müzəffər
Ali Baş Komandan İlham Əliyev Ermənistan ordusunu məhv
etdi, düşməni qarşısında diz
çökdürdü, "dəmir yumruğu" ilə
başını əzərək kapitulyasiya aktını
imzalatdırdı.
İlham Əliyev
Vətən müharibəsinə mükə
mməl
hazırlıq gördü, Azərbaycan Ordusunu ən
müasir silahlarla, ən yeni strategiya və taktika ilə təmin
etdi!
XXI əsrin
ən yeni müharibəsini apardı, dünyaya yeni müharibə
modeli təqdim etdi və bu gün də dünyanın ən
güclü dövlətləri belə onun tətbiq etdiyi
strategiya və taktikanı öyrənərək öz
ordularında tətbiqi üçün islahat və dəyişikliklər
aparırlar.
İlham Əliyev
özü bu müharibədə üç cəbhədə
çalışdı: həm hərb meydanında, həm
diplomatiya sahəsində, həm də informasiya
savaşında!
Bütün
bu uğurların kökündə xalq-iqtidar birliyi
dayanır.
İlham Əliyev
hərbi əməliyyatlardan öncə milli birliyə nail
oldu, yeni vətənpərvər gənclər nəsli
yetişdirdi, onların iştirakı ilə möhtəşəm
ordu yaratdı.
İlham Əliyev
uzaqgörənliyinin bir sıra vacib cəhətləri
vardır:
* Fəhmi,
uzaqgörənliyi və təcrübəsi sayəsində
dünyada baş verə biləcək hadisələri
qabaqcadan görə bilir;
*
Mühüm dəyişiklikləri qabaqlayaraq zəruri
addımlar atır;
*
Düşmənin planlarını puça çıxarmaq
üçün dəqiq və hesablanmış gedişlər
edir;
*
Diplomatiya ilə gücün tətbiqinin sərhədlərini
hamıdan öncə və dəqiq müəyyən edir;
*
Heç zaman tələsmir, əlverişli və gərəkli
məqamı isə əldən vermir;
*
Bütün gedişlərində beynəlxalq hüquqa və
konvensiyalara, imzalanmış sənədlərə istinad
edir;
* Hər
hansı addımı atmazdan öncə beynəlxalq ictimai rəyin
hazırlanmasına və formalaşdırılmasına
xüsusi diqqət yetirir;
*
Polemikada opponentini tutarlı faktlar və dəmir məntiqlə
mat vəziyyətinə salır;
*
Düşməni vaxtında zərərsizləşdirməyin
və təcrid etməyin üsul və vasitələrini
mükəmməl bilir;
* Hadisələrin
axarı ilə getmir, əksinə, hadisələri istədiyi
məcraya yönəldir;
*
Başladığı işi hüquqi və diplomatik cəhətdən
əsaslandırır, istədiyi sonluqla başa
çatdırır!
***
İlham Əliyevi
dünyada məşhurlaşdıran və sevdirən nədir?
Bu suala
qismən cavab vermişik.
İndi
isə Azərbaycan Prezidentinin beynəlxalq sahədəki fəaliyyətinin
bəzi məqamlarına yığcam nəzər salaq:
Cənab
İlham Əliyev beynəlxalq aləmdə və diplomatiyada
ilk dəfə neft danışıqlarında tanındı və
müsbət imic qazandı.
Azərbaycan
Respublikası Milli Məclisinin Avropa Şurasındakı
nümayəndə heyətinə uğurlu rəhbərliyi
onun nüfuzunu xeyli artırdı.
İlham Əliyevin
Milli Olimpiya Komitəsinə prezidentliyi dövründə Azərbaycanda
idmanın yüksəlişinə nail olması, I Avropa
Oyunlarını, habelə
IV
İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə
keçirməsi ölkəmizin dünyada idman dövləti
kimi tanınması ilə yanaşı, islam dövlətləri
arasında birliyin güclənməsinə də müsbət
təsir göstərdi.
Azərbaycanın
155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi, cənab
İlham Əliyevin bu qurumun iclaslarına rəhbərlik etməsi,
burada bir sıra dəyərli təklif və təşəbbüslər
irəli sürməsi diqqətçəkən və
yaddaqalan məqamlardan oldu.
Ölkəmizin
bir sıra beynəlxalq forumların təşəbbüsçüsü
olması və onlara evsahibliyi etməsi, cənab İlham Əliyevin
həmin forumlarda, habelə Davos İqtisadi Forumunda, İslam Əməkdaşlıq
Təşkilatının toplantılarında maraqlı, məntiqli
və ağıllı çıxışlar etməsi ona
olan diqqət və hörməti daim
artırmışdır.
Cənab
İlham Əliyevin Qoşulmama Hərəkatına uğurlu rəhbərliyi
onun beynəlxalq fəaliyyətinin ən parlaq səhifəsinə
çevrildi.
Qurumun rəhbəri
kimi İlham Əliyevin inkişaf etməkdə olan ölkələrin
maraqlarına uyğun addımlar atması, COVID-19
pandemiyası zamanı onların vaksinlərlə təminatına
xüsusi diqqət yetirməsi, bu sahədə ədalətsizliklərə
qarşı etiraz səsini ucaltması, habelə yardım
göstərilməsini təşkil etməsi böyük rəğbətlə
qarşılandı. Nəticədə Azərbaycanın bu
quruma rəhbərliyi müddəti artırıldı.
Türkiyə-Azərbaycan
qardaşlığı, İlham Əliyevin və Rəcəb
Tayyib Ərdoğanın şəxsi dostluğu və birgə
əməkdaşlığı türk dövlətlərinin
birləşməsinə böyük töhfələr verir.
Təşəbbüsçüsü
və yaradıcısı Azərbaycan olan birliyin Türk
Dövlətləri Təşkilatına çevrilməsi
üzv dövlətlərin birliyinin möhkəmlənməsinə
və indiki mürəkkəb şəraitdə güclərini
birləşdirməklə əlbir əməkdaşlıqdan
daha çox faydalanmalarına şərait yaradır.
Ən fərəhli
cəhətlərdən biri budur ki, İlham Əliyev xarici
siyasi fəaliyyətində daim birləşdirici rol
oynayır, mövcud imkanlardan hamının birgə bəhrələnməsinə
şərait yaradır.
Həm də
dost dövlətlər arasındakı
anlaşılmazlıqları aradan qaldırmağı,
bir-birinə gərək olan dövlətlər arasında
sülh yaratmağı ustalıqla bacarır.
Sanki cənab
İlham Əliyev dünyada qaz böhranı
yaranacağını irəlicədən bilirdi!
"Cənub
qaz dəhlizi", TAP və TANAP layihələrinin icrası
vaxtında başa çatdı.
Bu gün
Azərbaycan Avropanı təbii qazla təmin edən ən etibarlı
tərəfdaşdır!
Bu gün
Avropa Azərbaycan qazına ciddi ehtiyac duyur!
Bu gün
Azərbaycan Avropadakı dostlarının dadına
çataraq onlara lazımi köməyi göstərir.
Belə
bir məqamda bu, xüsusilə vacib idi və İlham Əliyev
uzaqgörənliyi Azərbaycanın həm siyasi, həm
iqtisadi, həm də nüfuz baxımından yüksəlişinə
kömək etdi.
***
Azərbaycan
Prezidentinin İtaliya və Serbiyaya uğurlu səfərləri,
onun Qazaxıstanda, Özbəkistanda,
Qırğızıstanda böyük hörmət və məhəbbətlə
qarşılanması hər birimizin qəlbini sonsuz iftixar və
sevinclə doldurur.
Tək Azərbaycan
xalqı deyil, bütün türk dünyası cənab
İlham Əliyevlə fəxr edir, onu sevir, ona arxalanır.
Vaxtilə
Ulu Öndərimizin cənab İlham Əliyev haqqında
söylədiyi yüksək fikirlər bu gün Avropada da
öz təsdiqini tapır.
Bu mənada
Azərbaycan Prezidentinin 23 noyabr 2022-ci ildə Serbiyaya səfəri
və həmin səfər zamanı Prezidentimizin yüksək
səviyyədə qarşılanması ilə bağlı
bir neçə məqama diqqət çəkmək istərdik.
Bəli,
artıq Avropada Avropa liderləri İlham Əliyev haqqında ən
yüksək fikirlər səsləndirir, onun fəaliyyətinə
ən yüksək dəyər verirlər.
Serbiya
Prezidenti Aleksandar Vuçiçin Avropada İlham Əliyev
haqqında söylədiyi fikrə bir daha nəzər salaq:
"İlham
Əliyev bu gün Avropada ən populyar şəxsdir. Avropada
necə dəyişikliklərin baş verməsi
inanılmazdır. Adətən onlar onun üçün vaxt
tapa bilmirdilər, indi isə bütün vaxtlarını ona
ayırırlar, çünki onların Azərbaycan qazına
və Azərbaycanın təklif edə biləcəyi hər
şeyə ehtiyacları olduğundan o, orada çox sevilir.
Lakin mən bilirəm ki, o, ağıllı insandır, hər
şeyi görür, hər şeyi başa
düşür".
"Prezident
İlham Əliyevi sevirlər və sevdiklərinə görə
ona zəng vururlar. Onlar ondan hər şeyi xahiş edirlər.
Mən, həqiqətən, şadam ki, mənim böyük
dostum və Serbiyanın böyük dostu necə uğur qazanıb
və dəyişməyib, o, hər zaman öz ölkəsinin
təhlükəsizliyini təmin edib, ona hörmət edilməsinə
nail olub, öz ölkəsinin qayğısına qalır və
öz ölkəsinin maraqlarını müdafiə edir. Qoy
başqaları düşünsün ki, onlar dəyişiblər
ya yox, yanaşma və prinsiplərini dəyişiblər ya
yox".
***
Əslində,
Avropa bu gün Ulu Öndər Heydər Əliyevin iyirmi il əvvəl
söylədiyi fikirləri təsdiq edir!
Düzgün
daxili siyasətin uğurudur ki, bu gün Azərbaycan qüdrətli
dövlətə çevrilib, milli birlik bərqərar olunub,
ən ağrılı problem - işğaldakı torpaqlar azad
olunub və Qarabağın, Şərqi Zəngəzurun bərpası
və dirçəldilməsi prosesi sürətlə davam
edir.
Xarici
siyasətin uğurudur ki, Azərbaycanın çoxsaylı
dostları var, haqq işimiz dünyada müdafiə olunur,
Avropa bizim qazımıza və dostluğumuza ciddi ehtiyac duyur!
Bütün
bunları edən isə türk dünyasının fəxri
sayılan cənab İlham Əliyevdir!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2023.- 6 yanvar.- S.5.