Kuba Respublikasının Prezidenti
zati-aliləri cənab
Migel Dias-Kanel Bermudesə
Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı
- Azadlıq Günü
münasibətilə Sizə
və Sizin
simanızda bütün
xalqınıza öz
adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi
və xoş arzularımı çatdırıram.
İnanıram ki, Azərbaycan-Kuba əlaqələrinin genişlənməsi,
ölkələrimiz arasında
həm ikitərəfli
qaydada, həm də beynəlxalq təsisatlar, xüsusilə
də Qoşulmama Hərəkatı çərçivəsində
əməkdaşlığın möhkəmləndirilməsi üçün
bundan sonra da birgə səylər
göstərəcəyik.
Bu xoş fürsətdən
istifadə edərək
Yeni, 2023-cü il münasibətilə
də Sizi ürəkdən təbrik
edir, dost xalqınıza
daim əmin-amanlıq
və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
29 dekabr 2022-ci il
Azərbaycan.-2023.- 6 yanvar.- S.3.