Ekoaksiyalar ermənilərdə
xof yaradıb: "Yuxularımız
qaçıb"
İctimai və ekoloji fəalların Xankəndini Ermənistanla birləşdirən Laçın yolunda keçirdikləri etiraz aksiyaları erməni cəmiyyətini böyük qorxu və təlaşa düçar edib. Ermənistan mediasına, sosial şəbəkələrin erməni istifadəçilərinin statuslarına nəzər saldıqda bəlli olur ki, aksiyalar qarşı tərəfdə ciddi narahatlıq yaradıb.
Erməni ekspert Ruben Minosyan bildirib ki, Azərbaycan postmüharibə dönəmində də üstünlüyünü davam etdirir: Ermənistanın artıq Qarabağın itkisini qəbul etməsi qaçılmazdır. Şuşada atəşfəşanlıq isə Stepanakertdə (red.-Xankəndi) yaşayan ermənilərin daha böyük qorxusuna səbəb oldu. Onlar burada daha çətin qalalar".
Erməni siyasi
ekspert Suren Baqdasaryan isə bildirib ki, Azərbaycan Zəngəzir dəhlizinin
açılmasını və Rusiya
sülhməramlılarının müvəqqəti yerləşdirildiyi
ərazilərdəki qanunsuz erməni dəstələrinin
tərksilah olunmasını tələb edir.
Vurğulayıb ki, Azərbaycan Ermənistana
istədiyinə nail olmaq
üçün necə təzyiq edəcəyini
yaxşı bilir: "Ötən il Laçın, Zabux və
Sus boşaldıldı və Azərbaycana
təhvil verildi. Azərbaycan tələb edir ki, Laçın dəhlizi
Azərbaycanı Naxçıvanla birləşdirən dəhlizlə
eyni statusa malik olmalıdır. Ruslar o yolda təhlükəsizlik qarantı kimi dayana bilər, amma Ermənistanda gömrük
və sərhəd nəzarəti olmamalıdır, Azərbaycan
vətəndaşlarının və mallarının
gedişinə Ermənistan sərhədçiləri və
gömrükçüləri nəzarət etməməlidir.
Əks halda, Azərbaycan Xankəndi və Ermənistan arasında sərhəd
və gömrük nəzarəti yaradacaq. Eyni şey digər kommunikasiyalara da aiddir: qaz,
işıq, internet bağlantısı.
Əgər Ermənistanın
Xankəndini qaz və elektrik enerjisi ilə təmin etmək hüququ varsa, o zaman Azərbaycan da Zəngəzur dəhlizində qaz, neft, elektrik enerjisinin nəqli-tranzit infrastrukturları qura bilər. Bunda ən çox
Azərbaycan maraqlıdır".
Siyasi ekspert vurğulayıb ki, Ermənistanın Azərbaycanın
tələblərinə müqavimət
göstərmək üçün
resursları yoxdur. Azərbaycan qanunsuz
erməni dəstələrinin
buraxılmasını və
tərksilah edilməsini
tələb edir.
Siyasi ekspert Vazgen Naumyan isə yazır ki, 2023-cü ili ağır hisslər və əhvali-ruhiyyə ilə salamladıq. 30 ildən sonra biz Şuşanın, Qarabağın, 44 günlük müharibə məğlubiyyətinə və minlərlə gənc həyatların ağır itkilərinə sahibik: "Otuz ildən sonra ermənilər Ermənistanı təhdid edən güclü problemlər qarşısında, demək olar, gücsüz vəziyyətə düşüblər. İndi danışmaq hədsiz dərəcədə çətindir. Və danışmaq bəlkə də lazım deyil. Gənclərimizin itkisinə sakitcə yas tutmaq, digər müharibə itkilərini güclə daşımaq və iş görmək - dövləti bu çuxurdan çıxarmaq və suverenlik, müasirlik yoluna qoymaq üçün iş görmək lazımdır. Amma görülmür. Əvəzində Xankəndi yolunda etiraz aksiyaları və Yeni il gecəsi atəşfəşanlıqla Azərbaycan yenidən ermənilərə gözdağı verir. Biz bu gedişlə Qarabağdan əlavə, Ermənistanı da itirəcəyik. Çünki insanlarda heç bir inam qalmayıb".
Edvard Karapetyan adlı istifadəçi isə instaqramda aksiyadan şəkil paylaşaraq qeyd edib: "Stepanakertdə (red.-Xankəndi) yaşayıram. Deyəsən, burada da son günlərimizi keçiririk. Acı olsa da, reallığı İkinci Qarabağ müharibəsində gördük. Artıq türklər (red.azərbaycanlılar) bizə bir addım daha yaxınlaşıblar".
Diana Arutyunyan adlı feysbuk istifadəçisi məkan olaraq Xankəndi şəhərini qeyd edərək vahimədolu status paylaşıb: "Nə vaxta qədər belə davam edəcək? Azərbaycanlıların Qarabağa qayıdışı yuxularımızı qaçırdıb. Müharibədə Azərbaycana uduzduğumuzu görmüşdük, indi isə psixologiyamız pozulub. Çox keçməz biz də Stepanakerti (red.Xankəndi) tərk edərik. Belə qorxu ilə yaşamaq istəmirik. Atam dedi ki, hazırlaşın, gələn ay Mehriyə əmimgilə köçəcəyik".
Profilinə baxdıqda Xankəndidə yaşadığı qeyd edilən Avram Babayan adlı feysbuk istifadəçisi paylaşdığı statusda bildirib ki, xalqın yalançı Nikol Paşinyana artıq inamı tamamilə tükənib: "Xankəndidə yaşayıram. Gecə qorxaraq eyvana qaçdım. Dedim yəqin yenidən müharibə başladı. Sosial şəbəkələrə baxdıqda öyrəndim ki, bu, Şuşada təşkil edilən bayram atəşfəşanlığıdır. Paşinyan, buna nə deyəcəksən?"
Suren Karpatyan adlı feysbuk istifadəçisi isə vahimədolu status paylaşıb: "Nə vaxta qədər belə davam edəcək? Stepanakertə (red.Xankəndi) çox yaxın yerdə təşkil edilən atəşfəşanlıq, ekoaksiyalar yuxularımı qaçırdıb. Müharibədə Azərbaycana uduzduğumuzu görmüşdük, indi isə psixologiyamız pozulub. Bu gedişlə Azərbaycan 2024-cü ilin atəşfəşanlığını Yerevanda edəcək".
Edvard Markaryan instaqramda azərbaycanlı gənclərin ekoaksiyaları ilə bağlı şərh yazaraq qeyd edib: "Dostlar, acı olsa da, Azərbaycanın etirazının çox güclü olduğunu görürük. Belə davam etsə, İlham Əliyev növbəti bəyanatlarını Xankəndidən verəcək".
Vazgen Tsarukyan adlı feysbuk istifadəçisi isə etiraz aksiyaları ilə bağlı paylaşmasında daha bədbin şərh verib: "Dostlar, Paşinyan Ermənistanı satır, ayılın! Aksiyada iştirak edən azərbaycanlıların Yeni il atəşfəşanlığını izlədim, dəhşətə gəldim. Xəbəriniz varmı ki, İlham Əliyev yavaş-yavaş Sünikə, Yerevana doğru irəliləyir. Məni qınasanız da deyəcəm: övladlarıma, mənə müharibə və Artsax (Qarabağ-red.) lazım deyil. Paşinyan da Sarkisyanın tayıdır. Çox qorxulu bir vəziyyətdir".
Henrix Balasyan adlı istifadəçinin tviterdəki paylaşımı isə daha çox bəyənmə toplayıb: "Əliyev Qarabağı geri qaytarıb, Şuşada tədbirlər keçirməklə Ermənistana gözdağı verdi. Bizim baş nazirin rəqs etdiyi Cıdır düzündə muğam dinləyənlər məkanın əsl sahibinin kim olduğunu nümayiş etdirdi. Atəşfəşanlıq Xankəndini işıqlandırırdı. Biz biabırçı məğlubiyyətdən sonra təlaş içərisində yaşayırıq".
Bütün bunlar Azərbaycanın əldə etdiyi möhtəşəm qələbənin və ekoaksiyaların ermənilər üçün nə dərəcədə sarsıdıcı zərbə olduğunu bir daha aydın nümayiş etdirir.
Elçin CƏFƏROV,
Azərbaycan.-2023.- 6 yanvar.- S.8.