Makrona bu dəfə diplomatik şillə dəydi
Azərbaycan Fransanın ermənipərəst
və riyakar diplomatiyasını BMT platformasında
darmadağın etdi
2022-ci il Azərbaycan
üçün xarici
siyasət baxımından
mühüm uğurlarla
yadda qaldı. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il münasibətilə müraciətində
dediyi kimi, iki il əvvəl
döyüş meydanında
qazandığımız tarixi
qələbəmizi siyasi
müstəvidə daha
da möhkəmləndirdik.
Həm bu fakt, həm
Bakının qonşu
dövlətlərlə münasibətlərdə
öz milli maraqlarını qətiyyətlə
təmin etməsi, beynəlxalq enerji, iqtisadi
və nəqliyyat əməkdaşlığı sahəsində baş verən yeniliklər Azərbaycanın qlobal mövqelərini daha da gücləndirən amillər oldu.
Erməni
təəssübkeşlərinin növbəti rüsvayçılığı
Ötən ilin sonuna doğru
Azərbaycan növbəti
siyasi-diplomatik qələbəsinə
BMT müstəvisində imza
atdı. Azərbaycan vətəndaş cəmiyyəti
fəallarının Laçın-Xankəndi
yolundakı dinc etiraz aksiyası ilə əlaqədar olaraq respublikamızın əleyhinə BMT Təhlükəsizlik
Şurasında (TŞ) qətnamə
qəbul etdirmək istəyən Fransa bu dəfə də rüsvayçılığa
uğradı və hazırladığı riyakar
mətni geri götürməyə məcbur
oldu. Beləliklə, bu,
BMT Təhlükəsizlik Şurasında Azərbaycanın
parlaq diplomatik qələbəsi, Fransanın
isə növbəti siyasi biabırçılığı
oldu.
Xatırladaq ki, Fransa Azərbaycana
qarşı qlobal təzyiq cəhdlərini hələ Vətən müharibəsi günlərindən
işə salıb. Həmin günlərdə
maskası cırılan
və fəaliyyətini
dayandırmış ATƏT-in Minsk qrupunun həmsədri olmasına rəğmən
əslində riyakarlıqla
məşğul olduğunu
gizlədə bilməyən
Fransa BMT səviyyəsində
Azərbaycana qarşı
sənəd qəbuluna
çalışmışdı.
Belə
ki, 2020-ci ilin oktyabr ayında BMT Təhlükəsizlik Şurasının
Ermənistanın Azərbaycana
təcavüzü ilə
əlaqədar keçirilmiş
qapalı iclasından
sonra məhz Fransanın təşəbbüsü
ilə TŞ prezidentinin
bəyanatının layihəsi
hazırlanmış və
razılaşdırılması üçün üzv ölkələr arasında
yayılmışdı. Lakin bəyanatın
layihəsində TŞ-nin
1993-cü ildə qəbul
etdiyi və Ermənistan qoşunlarının
Azərbaycanın işğal
edilmiş ərazilərindən
çıxarılmasını tələb edən 822,
853, 874 və 884 saylı
qətnamələrinə istinad
yer almamışdı.
Azərbaycanın milli maraqlarına
zidd olan, Ermənistana dəstək
ifadə edən bu bəyanatın layihəsi BMT TŞ-də
təmsil olunan Qoşulmama Hərəkatına
üzv olan 7 ölkə - İndoneziya,
Niger, Vyetnam, Tunis, Cənubi
Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadın sayəsində qəbul edilməmişdi. Bu dövlətlər tərəfindən
layihəyə BMT TŞ-nin
qətnamələrinə istinadın
daxil olunması da tələb edilmişdi. Bundan sonra
bəyanat layihəsinin
müəllifləri rüsvayçılıqla
onu geri çəkməyə məcbur
olmuşdular.
Bir məsələni də xatırladaq ki, BMT TŞ-nin Ermənistandan Azərbaycan ərazilərinin
işğaldan azad olunmasını tələb
edən 4 qətnaməsinin
olduğu halda bu qurum 30 ilə
yaxın müddətdə
həmin qətnamələrin
yerinə yetirilməməsi
ilə bağlı bir dəfə də olsun toplantı
keçirməmişdir. Belə toplantının
qarşısını alanlardan
biri də məhz riyakar Fransa idi.
Fransa 2022-ci ilin sentyabrında baş vermiş hadisələrlə də bağlı Azərbaycan əleyhinə BMT TŞ-də sənəd qəbul etdirmək istəyirdi. O vaxt Ermənistanın müraciəti əsasında BMT TŞ-nin gündəliyinə "Ermənistanın BMT yanında daimi nümayəndəsinin məktubu" adlı bənd daxil edilmişdi. Sözügedən müraciət əsasında TŞ-nin gündəliyinə bəndin daxil edilməsi Fransanın dəstəyi olmadan baş verə bilməzdi. Onda da Fransa niyyətinə çata bilməmişdi.
Fransa
BMT TŞ-ni senatla səhv salmışdı
Parisin 2022-ci ilin
dekabr rüsvayçılığına
gəldikdə, Fransa və Ermənistan öncə ötən ayın 20-21-də Laçın-Xankəndi
yolundakı vəziyyətlə
bağlı BMT TŞ-nin
iclasını çağırmışdılar. Həmin
günlərdə gedən
müzakirələrdən dərhal sonra Fransa BMT TŞ-nin daimi üzvü və TŞ-nin sədri kimi Laçın-Xankəndi yolundakı
vəziyyəti "humanitar
fəlakət" kimi
təqdim edən riyakar və tam ermənipərəst mətn
hazırlamışdı. Prosesləri bilavasitə
Fransa Prezident Administrasiyası və E.Makronun xarici siyasət məsələləri
üzrə müşavirləri
aparırdılar. Rəsmi Paris hesab edirdi ki,
bu bəyanatı qəbul etdirəcək və bundan sonra növbəti addım kimi bunu qətnaməyə çevirəcək. Müzakirələrin getdiyi günlərdə Ermənistan rəsmiləri
TŞ-də qətnamə
qəbul edilməsini Azərbaycan əleyhinə
əsas məqsədlərdən
biri kimi müəyyən etmişdilər.
Amma Azərbaycan onların niyyətlərini gözlərində
qoydu.
10 gün davam edən müzakirələrdə
bəyanat fransızların
ilkin təqdim etdiyi layihədən fərqli olaraq əsaslı dərəcədə
dəyişdirildi. Belə ki,
ermənipərəst tərzdə
yazılmış mətndə
"Dağlıq Qarabağ"
ifadəsi çıxarıldı.
Həmçinin "humanitar yardım olarsa, bu yalnız
Azərbaycanın ərazi
bütövlüyü və
suverenliyinə hörmət
əsasında ola bilər" və "Azərbaycanın ərazi
bütövlüyünə dəstək" kimi ifadələr daxil edildi. Həmçinin Fransanın hazırladığı
6-cı və ya 7-ci mətn dekabrın 30-da BMT
Təhlükəsizlik Şurasının
qaydalarına uyğun
olaraq yenidən sükut proseduruna qoyulmuşdu. Bu o deməkdir ki, sənəd hazırlanır
və konkret saata qədər vaxt müəyyən edilir. İrad və ya təklif yoxdursa, qəbul edilmiş hesab olunur. Bu sənəd də
darmadağın edildi.
Bununla da Azərbaycan diplomatiyası
bütün imkanlarından
istifadə edərək
Fransanı məhz onun öz meydanında
sözün bütün
mənalarında məğlubiyyətə
düçar etdi. Bu ölkə
BMT TŞ-nin daimi üzvü olsa da, qlobal miqyasda
özünü nüfuzlu
dövlət hesab etsə də, bütün
resurslarını işə
salmasına rəğmən,
hazırladığı riyakar
bəyanatı qəbul
etdirə bilmədi. İndi həm Makron, həm Fransa senatı və milli assambleyası pərt vəziyyətdədirlər.
Ötən ilin noyabr ayında özünün
qanunvericilik orqanlarında
Azərbaycan əleyhinə
heç bir mənası və əhəmiyyəti olmayan
sənədləri qəbul
edən Fransa BMT
TŞ-nin deyəsən öz parlamenti ilə səhv salmışdı.
Bu baxımdan E.Makron başda olmaqla Fransanın bütün siyasi dairələri, bu ölkənin senatı və milli assambleyası
dərk etdilər ki, dünya onlar kimi düşünmür.
Bütün ermənipərəst fransalı siyasətçilərə
çatdı ki, beynəlxalq ictimaiyyət onların erməni sevgisini bölüşmür.
Bütövlükdə isə,
bu proses Fransa siyasəti üçün böyük
rüsvayçılıq oldu.
İlham
Əliyev Fransanın ermənipərəst və
riyakar diplomatiyasına
BMT platformasında sarsıdıcı
zərbə vurdu.
Tez-tez fransızlar tərəfindən
sifətindən şillələnən
E.Makrona isə bu dəfə tutarlı diplomatik şillə dəydi.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.-2023.- 7 yanvar.- S.1;3.