Uğurlarla zəngin il

 

 

Azərbaycan Vətən savaşındakı zəfərini və beynəlxalq mövqelərini 2022-ci ildə siyasi-diplomatik platformalarda daha da möhkəmləndirdi

 

 

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq dünyanın sürətlə inkişaf edən dövlətlərindən biridir. Yola saldığımız 2022-ci ildə də həyata keçirilən mühüm işlər ölkəmizin gücünə güc qatdı. Ötən il Azərbaycanın xaricidaxili siyasəti üçün bir sıra mühüm hadisələrlə yadda qaldı. Azərbaycan öz tarixinin ən şərəfli dövrünü yaşayır. Dövlət başçısının dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibətilə xalqa müraciətində qeyd etdiyi kimi, bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadisiyasi cəhətdən asılı deyil.

 

 

 

Dünya azərbaycanlıları üçün yaddaqalan il

 

 

 

Həmsöhbətimiz Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı dedi ki, əvvəlki illərdə olduğu kimi, ötən 2022-ci ildə də möhtərəm Prezidentin həyata keçirdiyi daxilixarici siyasətin nə qədər uzaqgörən olduğununmilli maraqlarımıza xidmət etdiyinin şahidinə çevrildik: "Mübaliğəsiz və eyni zamanda minnətdarlıqla deməliyik ki, məhz bu uğurlu dövlət siyasəti nəticəsində Azərbaycanın gücü və dünyadakı nüfuzu hər ötən il daha da artır. Prezident İlham Əliyev də müraciətində iki il əvvəl döyüş meydanında qazandığımız tarixi qələbəmizin siyasi müstəvidə daha da möhkəmləndirdiyini bir daha vurğuladı. Prezident 2022-ci ildə Praqa və Soçidə keçirilən görüşlərdə Ermənistanın ölkəmizin ərazi bütövlüyünüsuverenliyini rəsmən tanıdığını, iki ölkə arasında Azərbaycanın təklif etdiyi beş prinsip əsasında hazırlanmış sülh müqaviləsinin imzalanması üçün vacib olan bütün şərtlərin təmin edildiyini bildirdi. Ölkəmizdə xüsusilə Vətən müharibəsindən sonra, sözün həqiqi mənasında, illərə sığmayan işlər görülüb. Böyük qayıdış istiqamətində, hərbi gücümüzün artırılması ilə bağlı, eləcə də hərbi-müdafiə və təhlükəsizlik sahəsində misilsiz addımlar atılıb. Demək olar ki, bütün sahələri əhatə edən böyükmiqyaslı  islahatlar həyata keçirilib".

M.İbrahimqızı qeyd edib ki, postmüharibə dövründə ordu quruculuğu ilə bağlı atılan addımlar, yeni silahlı birləşmələrin yaradılması, ordumuzun yeni silahlarmüasir texnika ilə təchizatı hərbi potensialımızı artırıb: "2022-ci ildə həyata keçirilən bütün hərbi əməliyyatlar, xüsusən də "Fərrux", "Qisas", eyni zamanda sentyabrda Azərbaycan və Ermənistan sərhədi istiqamətində gedən toqquşmalar nəticəsində aparılan uğurlu əməliyyatlar ordumuzun döyüş qabiliyyətinin yüksək səviyyədə olmasını bir daha sübut etdi. 2022-ci ilin tarixi uğurlarından biri də avqustun 26-da  Laçın şəhərinin nəzərdə tutulduğu vaxtdan xeyli əvvəl azad edilməsi və rayonun ZabuxSus kəndlərinin tamamilə təmizlənməsi oldu. Hazırda Laçın şəhərində genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Möhtərəm Prezident müraciəti zamanı görülən misilsiz işlərə istinad edərək, 2023-cü ildə laçınlıları doğma yurdlarına qaytaracağını əminliklə bildirdi. Yeri gəlmişkən, elə ötən ilin digər yaddaqalan tarixi hadisələrindən biri də Ağalı kəndində həyatın bərpa edilməsi və zəngilanlıların öz yurd yerlərinə qayıdışı idi. Böyük tarixi nailiyyət kimi qiymətləndirilən bu qayıdış bir tərəfdən həmrəyliyimizin, digər tərəfdən isə dövlətimizin gücünün və möhtərəm Prezidentimizin fədakar və yorulmaz fəaliyyətinin təsdiqidir. Prezident İlham  Əliyev bir qrup zəngilanlının Ağalı kəndinə köçürülməsini Böyük Qayıdış Proqramının uğurla icrasının nümunəsi kimi dəyərləndirdi. Prezident həmçinin işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən digər böyük quruculuq işlərini, şəhər və qəsəbələrin Baş planlarının hazır olduğunu və təsdiqləndiyini və sair qeyd etdi".

Müsahibimizin sözlərinə görə, dövlət başçısının Yeni il müraciətindəki diqqətçəkən məqamlardan biri də Zəngəzur dəhlizinin açılması ilə əlaqədar aparılan genişmiqyaslı işlər barədə fikirləridir. Prezident bir daha qətiyyətlə bildirdi ki, Ermənistanın istəyindən asılı olmayaraq, Zəngəzur dəhlizi mütləq açılacaq. Prezidentimizin bu müraciəti təkcə Azərbaycan xalqı üçün deyil, həm də bir sıra dövlətlər, eləcə də Ermənistan üçün ciddi mesajdır.

M.İbrahimqızı bildirdi ki, 2022-ci ildə ölkəmizdə  "Şuşa ili" çərçivəsində görülən işlər çox əlamətdar hadisələrdir: "2023-cü ilin Ulu Öndərin 100 illiyi ilə əlaqədar olaraq "Heydər Əliyev İli" elan edilməsi isə dövlətimizin başçısının qəbul etdiyi  ən tarixi qərardır.  2022-ci il həm də dünya azərbaycanlılarının daha mütəşəkkil təşkilatlanması və türk dünyasının mədəniyyət mərkəzi olan Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı ilə yadda qaldı. Həmin qurultayda Şuşadan beynəlxalq ictimaiyyətə, eləcə də dünya erməniliyinə çox ciddi mesajlar ötürüldü. Prezident Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə etdiyi müraciətində xalqımıza ən xoş arzularını çatdırdı, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının arxasında güclü və müstəqil Azərbaycan dövlətinin dayandığını bildirdi. Bir sözlə, Prezident İlham Əliyevin illərin qovşağında xalqımıza ünvanladığı müraciətini dövlətimizin hər il daha da artan gücünün və qüdrətinin göstəricisi adlandırmaq olar".

 

 

 

Ötən ilsistemli, ardıcıl və məqsədyönlü siyasət yürüdüldü

 

 

 

Söhbətimiz zamanı Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, 2022-ci il Azərbaycan tarixində mühüm hadisələrlə yadda qaldı: "Biz ötən il Qarabağ zəfərimizi və öz mövqeyimizi beynəlxalq platformalarda daha da möhkəmləndirdik. 2022-ci ildə Qarabağ və Şərqi Zəngəzurda mühüm quruculuq-abadlıq işləri həyata keçirildi, Laçın tamamilə bizim nəzarətimizə keçdi. İşğaldan azad edilmiş ərazilərdə hava yolları, avtomobil və dəmir yolları çəkildi, infrastrukturun yaradılması istiqamətində mühüm işlər görüldü. Bütün bunlarla yanaşı, Azərbaycan Qərbin enerji təhlüksəzliyinin etibarlı təminatçısı oldu. Prezident bölgələrimizə və xarici ölkələrə çoxlu səfərlər etdi. Uğurla icra edilən daxilixarici siyasətimizin nəticəsi kimi, yeni sənədlər imzalandı, əməkdaşlıqlarımız möhkəmləndirildi".

Deputatın dediyinə görə, 2022-ci ildə azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda Ermənistandan Qarabağa qanunsuz silah daşınmasına, eləcə də sərvətlərimizin talanmasına qarşı mübarizəyə qalxmaları da əlamətdar hadisələrdən oldu. Xalqımızın birlik və həmrəylik nümayiş etdirməsi təqdirəlayiqdir.

"Ötən il həmçinin Azərbaycan və Ermənistan arasında müəyyən müzakirələr aparıldı. Bu müzakirələrin bir sıra nəticələri olsa da, təbii ki, işlər tamamlanmadı. Yəni bu istiqamətdə atılacaq addımlar, görüləcək işlər hələ də var. Hesab edirəm, 2022-ci ildə reallaşan ən önəmli məsələlərdən biri də Azərbaycan-Türkiyə birgə təlimlərinin keçirilməsi, ümumiyyətlə, ordumuzun daha da gücləndirilməsi oldu. Bu, ən vacib məqamlardan biridir. Türkiyə ilə əməkdaşlığımızın hər ötən il daha da güclənməsi bizim xeyrimizədir. Prezident İlham Əliyev də dekabrın 31-də xalqa müraciətində bütün vacib məqamlara toxundu, Azərbaycanın əldə etdiyi uğurlarla bağlı münasibətini bildirdi. Bu, bir daha onu göstərir ki, dövlətimiz qarşıya qoyulan məqsədlərə nail olmaq üçün ardıcıl və məqsədyönlü şəkildə çalışır. Bu isə bizə bütün illərdə yerli və beynəlxalq platformalarda yeni uğurlara imza atmaq üçün maksimum imkan yaradır", - deyə deputat qeyd edib.

 

Nəzrin QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 7 yanvar.- S.3.