Sülhməramlılara məxsus
minik avtomobili aksiya ərazisindən sərbəst keçib
Rusiya sülhməramlılarına məxsus təminat-təchizat avtomobilləri həmişə olduğu kimi, bu gün də Laçın-Xankəndi yolundan, dinc məqsədlə təşkil olunan aksiya ərazisindən sərbəst keçirlər.
AZƏRTAC-ın
aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu
dəqiqələrdə sülhməramlılara aid bir minik
avtomobilinin Xankəndidən Laçın istiqamətinə
doğru hərəkətinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin olunur. Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda təşkil olunan etiraz aksiyası 27 gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı ekofəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Qeyd edək ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin
komandanlığı ilə aparılmış müzakirələrin
nəticəsi olaraq İqtisadiyyat
Nazirliyi, Ekologiya və
Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti
və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət
heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi
Azərbaycan ərazilərində faydalı qazıntı
yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji
və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi.
Lakin sülhməramlıların hərəkətsizliyi
ucbatından monitorinq baş
tutmayıb.
Azərbaycan.-2023.- 7 yanvar.- S.4.