Fatih
Dönməz: "Azərbaycan "Türk
axını"nda iştirakçı ola bilər"
"Azərbaycan
"Türk axını" təbii qaz layihəsində
iştirakçı ola bilər".
Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
"Türkiyə təbii qazı 15 müxtəlif mənbədən alır. Azərbaycan, Rusiya və İran ən çox təbii qaz ehtiyatına malik ölkələrdəndir. Bir tərəfdən, Avropanın cənub-şərqində təbii qaz mərkəzi olmaq cəhdimiz var idi. Bolqarıstanda bağlanmış müqavilə ilə buna doğru ilk addım atmışıq".
Nazir əlavə edib ki, Xəzərin şərqindən, İraqdan və Şərqi Aralıq dənizindən gələcək qaz mənbələri əlavə etmək olar. Bu mənbənin daxil olduğu nöqtədə bazarın və ticarətin formalaşması tamamilə təbiidir. Buna yerli qazını da əlavə etdikdə, Türkiyənin xeyli böyük qaz ehtiyatları olacaq:
"Son aylar Bolqarıstanla
bəzi texniki danışıqlar aparılıb. Üç həftə
əvvəl Prezidentimiz
(Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan-red) İstanbulda
Bolqarıstanın nümayəndə
heyətini qəbul etdi. Gündəmdə enerji və
təbii qaz var idi. Bolqarıstan
da bizim kimi enerji sahəsində
xaricdən asılı
ölkədir. Onlar alternativ
mənbələr axtarırdılar".
Fatih Dönməzin sözlərinə
görə, Türkiyənin
infrastrukturu kifayət
qədər güclüdür:
"Anbarlarımızın tutumunu artırdıq. Söhbət ilk növbədə öz təchizat təhlükəsizliyimizdən,
daxildə istehlak ediləcək qazın emalı və ötürülməsindən gedir.
Rusiya ilə müqavilələrimiz illərdir
davam edir. İlk tədarükçümüz
Rusiya idi. Mərhum Özalın (Türkiyənin
sabiq prezidenti Turqut Özal-red) hakimiyyəti dövründə
imzalanmış sazişdir".
"Biz hakimiyyətə gələndə cəmi
5 böyük şəhərdə,
50 rayonda təbii qaz var idisə,
bu gün 81 rayonu qazlaşdırmışıq. Qərbdən gələn xətt kifayət etmədi. "Mavi axın"
Samsundan gəldi.
Bundan sonra TANAP əlavə edildi. "Türk
axını" iki boru kəməri istismara verilib. Biri yalnız bizim üçün işləyir,
digəri Bolqarıstan
vasitəsilə Avropaya
gedir. Azərbaycan,
Rusiya, İran burada iştirakçı
ola bilər.
Çoxlu terminallarımız var. Biz burada bazar açırıq",
- nazir qeyd edib.
Azərbaycan.-2023.- 8 yanvar.- S.6.