ADA Universiteti Misirin Diplomatik Araşdırmalar İnstitutu ilə əməkdaşlıq edəcək

 

ADA Universiteti ilin ilk anlaşma memorandumunu yanvarın 11-də Misirin Diplomatik Araşdırmalar İnstitutu ilə imzalayıb.

Bu barədə AZƏRTAC-a ADA Universitetindən bildirilib. Sənədi ADA Universitetinin prorektoru, eləcə İnkişaf Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə Misirin Diplomatik Araşdırmalar İnstitutunun direktoru Valid Haqqaq imzalayıblar. Sənədə əsasən, tərəflər konfranslar, mühazirələr ya dəyirmi masa müzakirələri daxil olmaqla müxtəlif birgə tədbirlər təşkil edəcək qarşılıqlı maraq doğuran sahələrdə təcrübə bilik mübadiləsi həyata keçirəcəklər.

Fariz İsmayılzadə ADA Universitetinin beynəlxalq müstəvidə tərəfdaşlarının sayının durmadan artığını vurğulayaraq tərəflər arasında əməkdaşlığın 5 prioritet istiqamətindən bəhs edib. Bildirib ki, həmin prioritetlər sırasında diplomatlar üçün təlim proqramlarının, eləcə müxtəlif aktual mövzular barədə yay məktəbləri genişmiqyaslı tədbirlərin təşkilini, birgə analitik araşdırmaların aparılmasını "Bakı dialoqları" jurnalında dərc olunacaq məqalələrin yazılması kimi fərqli istiqamətləri qeyd etmək mümkündür.

Valid Haqqaq akademik əməkdaşlığın genişlənməsində tələbələrin vacib roluna toxunaraq bildirib ki, sözügedən sənəd hər iki ölkənin təmsil olunduğu region barədə məlumatlılığın da artırılmasına fayda verəcək.

 

Azərbaycan.- 2023.- 12 yanvar.- S.11.