"Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkili (ombudsman)
haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:
Maddə 1. "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 3, maddə 115; 2004, ¹ 9, maddə 665; 2006, ¹ 3, maddə 207, ¹ 11, maddə 909; 2007, ¹ 10, maddə 928; 2009, ¹ 10, maddə 761, ¹ 12, maddə 944; 2011, ¹ 6, maddə 459, ¹ 8, maddə 749; 2014, ¹ 7, maddə 757; 2016, ¹ 4, maddə 655; 2018, ¹ 11, maddə 2184, ¹ 12 (I kitab), maddə 2480; 2020, ¹ 4, maddə 384) 16-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 16.1-ci maddədə "2230" rəqəmləri "3060" rəqəmləri ilə, "əmək haqqı" sözləri "vəzifə maaşı" sözləri ilə əvəz edilsin;
1.2. aşağıdakı məzmunda 16.1-1-ci maddə əlavə edilsin:
"16.1-1. Müvəkkilə aylıq vəzifə maaşının 1,65 misli həcmində vəzifə maaşına əlavə ödənilir.";
1.3. 16.6-cı maddə
ləğv edilsin.
Maddə 2. Bu Konstitusiya
Qanunu 2023-cü il yanvarın 1-dən
qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 dekabr 2022-ci il
Azərbaycan.- 2023.- 13 yanvar.-
S.2.