Azərbaycan Respublikasının
Miqrasiya Məcəlləsində
və "Ələt
azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci və 21-ci bəndlərini
rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının Miqrasiya
Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2013, ¹ 7, maddə
797; 2014, ¹ 11, maddələr 1351, 1357, ¹ 12,
maddə 1539; 2015, ¹ 3, maddə
259, ¹ 6, maddə 689, ¹ 12, maddə
1436; 2016, ¹ 2 (II kitab), maddə
214, ¹ 6, maddələr 970, 988, 1008, ¹ 7, maddə 1246, ¹ 11, maddə
1794; 2017,
¹ 7, maddə 1312,
¹ 11, maddə 1963, ¹ 12 (I kitab),
maddələr 2218, 2257; 2018, ¹ 1, maddə 32, ¹ 3, maddə
386, ¹ 6, maddə 1156, ¹ 7 (I kitab),
maddə 1434; 2019, ¹ 1, maddə
23, ¹ 7, maddə 1191, ¹ 8, maddə
1380, ¹ 11, maddə 1686; 2020, ¹ 5, maddə 523, ¹ 6, maddə
676, ¹ 7, maddə 832, ¹ 11, maddə
1333; 2021, ¹ 7, maddə 717, ¹ 8, maddə 894; 2022, ¹ 8, maddə
833) aşağıdakı dəyişikliklər edilsin:
1.1.
4.5-ci maddəyə "yaranan
münasibətlər" sözlərindən
sonra "bu Məcəllədə müəyyən
edilmiş tənzimləmə
nəzərə alınmaqla"
sözləri əlavə
edilsin;
1.2.
26.1-ci maddəyə "nümayəndəliklərinin"
sözündən sonra
", Ələt azad
iqtisadi zonasında fəaliyyət üçün
isə Ələt azad iqtisadi zonasının
səlahiyyətli qurumunun,
inzibati müəssisələrinin
və ya hüquqi şəxslərinin"
sözləri əlavə
edilsin;
1.3.
30.1-ci maddəyə "notarial
qaydada" sözlərindən
əvvəl ", Ələt
azad iqtisadi zonası hüquqi şəxslərinin təsisçilərinin,
işçilərinin və
ya həmin zonada müvəqqəti yaşamaq üçün
icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin"
sözləri əlavə
edilsin;
1.4. aşağıdakı məzmunda 41.3-cü maddə
əlavə edilsin:
"41.3. Ələt
azad iqtisadi zonasına işgüzar və ya şəxsi
səfər məqsədilə
gəlmiş əcnəbilərin
və vətəndaşlığı
olmayan şəxslərin
Azərbaycan Respublikasında
müvəqqəti olma
müddəti Ələt
azad iqtisadi zonasının səlahiyyətli
qurumunun və ya inzibati müəssisəsinin
vəsatəti əsasında
uzadılır. Belə halda bu Məcəllənin 41.1.6-cı, 41.1.7-ci və 41.1.8-ci maddələrində
göstərilən sənədlərin
təqdim edilməsi tələb olunmur. Həmin şəxslərin
yaşayış yeri
üzrə qeydiyyatı
Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun və ya inzibati
müəssisəsinin təqdim
etdiyi ünvan üzrə aparılır.";
1.5. 45.1.7-1-ci maddədə
"və 64.0.17-ci" sözləri
", 64.0.17-ci və 64.0.18-ci" sözləri ilə əvəz edilsin;
1.6. aşağıdakı
məzmunda 46.7-ci maddə
əlavə edilsin:
"46.7. Bu Məcəllənin
64.0.18-ci maddəsində göstərilən
şəxslər və
onların ailə üzvlərinə Azərbaycan
Respublikasının ərazisində
müvəqqəti yaşamaq
üçün icazə
Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun və ya inzibati
müəssisəsinin vəsatəti
əsasında verilir. Belə halda
bu Məcəllənin
46.1.9-cu, 46.1.10-cu və 46.1.11-ci maddələrində göstərilən
sənədlərin təqdim
edilməsi tələb
olunmur. Həmin şəxslərin yaşayış
yeri üzrə qeydiyyatı Ələt azad iqtisadi zonasının
səlahiyyətli qurumunun
və ya inzibati müəssisəsinin
təqdim etdiyi ünvan üzrə aparılır.";
1.7.
64.0.17-ci maddənin sonunda
nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı
məzmunda 64.0.18-ci maddə
əlavə edilsin:
"64.0.18. Ələt
azad iqtisadi zonasının səlahiyyətli
qurumunun, inzibati müəssisələrinin və
hüquqi şəxslərinin
Ələt azad iqtisadi zonasının ərazisində işə
cəlb etdiyi şəxslərə, habelə
bu hüquqi şəxslərin təsisçilərinə.".
Maddə 2. "Ələt
azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 6, maddə
1180; 2019, ¹ 11, maddə 1680; 2020, ¹ 7, maddə 856; 2022, ¹ 7, maddə
701) 3.2-ci maddəsində "bu Qanunda" sözləri "Azad Zona
qanunvericiliyində" sözləri
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
23 dekabr 2022-ci il
Azərbaycan.- 2023.-13 yanvar.-
S.6.