Azərbaycan Respublikası Prezidentinin "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir  göstərən vibrasiya və səs-küy çirklənmələri normaları"nın təsdiq edilməsi haqqında" 2008-ci il  8 iyul tarixli 796 nömrəli və "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının 2011-ci il  30 dekabr tarixli 275-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında" 2012-ci il 29 noyabr tarixli 758 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" və "Təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 536-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 7, maddə 614; 2011, ¹ 2, maddə 85; 2017, ¹ 7, maddə 1357; 2020, ¹ 8, maddə 1036) ilə təsdiq edilmiş "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. Cədvəl 1 - "Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisimaksimal səviyyəsinin yolverilən normaları"nın 3-cü hissəsində "ümumtəhsil internat məktəblərinin" sözləri "internat tipli ümumi təhsil müəssisələrinin" sözləri ilə əvəz edilsin;

1.2. Cədvəl 2 - "Binaların otaqlarında vibrasiya təcillərinin yolverilən səviyyələri"nin 4-cü hissəsində "ümumtəhsil internat məktəblərinin" sözləri "internat tipli ümumi təhsil müəssisələrinin" sözləri ilə əvəz edilsin;

1.3. Cədvəl 3 - "Binaların otaqlarında vibrasiya sürətlərinin yolverilən səviyyələri"nin 4-cü hissəsində "ümumtəhsil internat məktəblərinin" sözləri "internat tipli ümumi təhsil müəssisələrinin" sözləri ilə əvəz edilsin;

1.4. Cədvəl 4 - "Binaların otaqlarında mütləq vibrasiya yerdəyişmələrinin yolverilən səviyyələri"nin 4-cü hissəsində "ümumtəhsil internat məktəblərinin" sözləri "internat tipli ümumi təhsil müəssisələrinin" sözləri ilə əvəz edilsin.

2. "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 275-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 noyabr tarixli 758 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 11, maddə 1118) 1.4.2-ci yarımbəndində "ümumtəhsil internat məktəbləri" sözləri "internat tipli ümumi təhsil müəssisələri" sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,  12 yanvar 2023-cü il

 

Azərbaycan.- 2023.- 13 yanvar.- S.2.