Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində
çalışan işçilərin aylıq əməkhaqlarının
təkmilləşdirilməsi haqqında” 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli və “Azərbaycan
Respublikasının diplomatik nümayəndəliklərində
çalışan işçilərin aylıq əməkhaqlarının
artırılması və “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində
çalışan işçilərin aylıq əməkhaqlarının
təkmilləşdirilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli Sərəncamında
dəyişiklik edilməsi haqqında” 2019-cu il 29 noyabr tarixli
1658 nömrəli sərəncamlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının
qanunlarında və Azərbaycan Respublikasının
Vergi Məcəlləsində
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2022-ci il
30 dekabr tarixli 780-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 9, maddə 913; 2013, ¹ 7, maddə 847, ¹ 8, maddə 983; 2014, ¹ 11, maddə 1492; 2015, ¹ 7, maddə 866; 2017, ¹ 11, maddə 2097; 2019, ¹ 11, maddə 1849; 2021, ¹ 7, maddə 743) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“2. Azərbaycan Respublikasının xarici ölkələrdəki ticarət nümayəndələrinə əməkhaqlarının 15 faizi məbləğində aylıq təmsilçilik xərci müəyyən edilsin.”.
2. “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının artırılması və “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 noyabr tarixli 1658 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 11, maddə 1849; 2021, ¹ 2, maddə 178, ¹ 4, maddə 374, ¹ 10, maddə 1136; 2022, ¹ 1, maddə 48) 1-ci hissəsi ləğv edilsin.
3. Bu Sərəncam 2023-cü il yanvarın 1-dən tətbiq edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 yanvar
2023-cü il
Azərbaycan. - 2023.- 13 yanvar.- S.6.