"Siyasi partiyalar
haqqında" qanun yeniləşən siyasi konfiqurasiyaya böyük fayda verəcək
Prezident İlham Əliyev yanvarın 11-də "Siyasi partiyalar haqqında" qanunu təsdiq edib. Siyasi partiyaların təsis edilməsi, qeydiyyatı, fəaliyyəti və ləğvi kimi məsələləri tənzimləyən yeni qanunun qüvvəyə minməsi ölkədə siyasi sistemin təkmilləşdirilməsi istiqamətində işlərin davamlı olduğunu göstərir.
Mövzu ilə bağlı siyasi partiya rəhbərlərinin fikirlərini öyrəndik.
Partiyalar daha güclü siyasi institutlara çevrilir
Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının
sədri Fazil Mustafa bildirib ki, ölkədə
çox az
sayda qanun bu qədər geniş ictimai müzakirələrdən keçib:
Partiya sədri hesab edir ki,
siyasi sferada bu müzakirələrin faydasının tezliklə
şahidi olacağıq.
"Nəzərə
almaq lazımdır ki, müzakirələrdə
kifayət qədər
arqumentlər səsləndirilmiş
və layihədə xeyli dəyişikliklər
edilmişdi. Biz də
Böyük Quruluş
Partiyası olaraq müzakirələrdə iştirak
edərək partiyaların
maraqlarını dilə
gətirmişik. Sevindirici
haldır ki, boşluqların müşahidə
edildiyi bir çox müddəalar tənzimlənib", - deyə
deputat qeyd edib.
Partiya sədrinin
sözlərinə görə,
indi artıq "Siyasi partiyalar haqqında" qanunun müddəaları əsasında
partiyaların yenidən
təşkilatlanması prioritetdir:
"Gələcək təcrübələrdə
hansısa müddəaların
problem yaratdığını, partiyaların təşkilatlanmasına
mane olduğunu müşahidə
etsək, bu məsələyə yenidən
qayıtmaq olar. Yəni bütün hallarda məsələ müzakirə
olunub, öz həllini tapmalıdır.
Yeni qanun yeni siyasi
konfiqurasiyaya fayda verməlidir. Bu baxımdan partiyalar qanunun tələblərinə
uyğun təşkilatlanma
prosesini artıq geçəkləşdirməlidirlər.
Fikrimcə, "Siyasi partiyalar
haqqında" yeni qanun ölkəmizdə fəaliyyət göstərən
partiyaların gələcəkdə
daha güclü siyasi institutlara çevrilməsinə gətirib
çıxaracaq".
Yeni qanun partiyaları daha məsuliyyətli olmağa
dəvət edir
Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının
sədri Razi Nurullayev deyir ki, köhnə qanun 30 il əvvəl
qəbul edildiyinə görə, təbii ki, onun yenilənməsinə
ehtiyac var idi.
"Məhz
bunu əsas tutaraq Milli Məclisdə
təmsil olunan bütün siyasi partiyaların nümayəndələri
"Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması üçün
Milli Məclisin Sədrinə müraciət
etmişdi. Qanun qəbul olunana
qədər layihə
həm Milli Məclisdə, həm digər platformalarda müzakirəyə çıxarılmış,
biz də iştirak edib təkliflərimizi vermişdik. Bir neçə
partıyanı çıxmaq
şərtilə, əksər
partiyalar ictimai müzakirələrdə iştirak
edib və fikirlərini bölüşüblər.
Ümumilikdə siyasi partiyalar
250-dən çox təklif
vermişdi. Rəhbərlik etdiyim Milli Cəbhə
Partiyası isə
15-dən çox təklif
təqdim etmişdi.
Milli Məclisdə keçirilən
ictimai müzakirələr
zamanı, o cümlədən
digər platformalarda deputatlar 100-dən çox
təklif irəli sürmüşdülər. Təqdim edilmiş təkliflərin
böyük qisminin nəzərə alınması
müsbət haldır",
- deyə partiya sədri deyib.
R.Nurullayev bildirib ki, yeni qanunun
qüvvəyə minməsi
ilə siyasi partiyalar altı ay ərzində yeni tələblərə cavab
vermək üçün
əzmlə çalışmalıdırlar:
"Altı ay ərzində
ölkədə ciddi
siyasi aktivizm müşahidə oluna bilər ki, bu da ümumilikdə
cəmiyyətimizin demokratik
inkişafı üçün
faydalıdır".
Sosial Tədqiqatlar Mərkəzi
tərəfindən qanun
layihəsində əksini
tapmış əsas məsələlərlə bağlı
ictimai rəy sorğusu da keçirilmişdi. R.Nurullayev deyir ki, bu, qanunun cəmiyyətimiz
üçün nə
qədər gərəkli
olmasından xəbər
verir.
"Qanunun ictimai müzakirələri
zamanı bizə məlumat verildi ki, Venesiya Komissiyasının
2010-cu ildə qəbul
etdiyi "Siyasi partiyaların fəaliyyətinin
hüquqi tənzimlənməsi
barədə vəziyyət"
sənədində sırf
siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan
100-dən çox tövsiyə
yeni qanunun hazırlanmasında nəzərə
alınıb. Bununla bərabər, 20-dən çox
ölkənin təcrübəsi
də öyrənilələrək
qanuna şamil edilib", - deyə deputat bildirib.
Partiya sədrinin
sözlərinə görə,
"Siyasi partiyalar haqqında" qanun partiyaları daha məsuliyyətli və daha güclü olmağa dəvət edir: "Bu baxımdan yeni qanun ölkəmizdə
siyasi partiya institutunu daha da gücləndirəcək.
Ona görə də bu qanunun qəbul
edilməsində rolumuz
olduğuna görə
çox şadam.
İnanıram ki, narazı
qalanlar da qanunun onların siyasi həyatına müsbət təsir göstərəcəyinə zaman-zaman
şahidlik edəcəklər".
Nəzrin QARDAŞXANOVA
Azərbaycan.- 2023.- 13 yanvar.- S.1; 3.