Dövlət büdcəsindən maliyyələşən
bir sıra təşkilatlarda
çalışan işçilərin əməkhaqlarının
artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin rifah halını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aşağıdakı təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən orta hesabla 15 faiz artırılsın:
1.1. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı;
1.2. Heydər Əliyev Mərkəzi;
1.3. "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi;
1.4. Azərbaycanda Atatürk Mərkəzi;
1.5. Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;
1.6. Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu;
1.7. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;
1.8. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı;
1.9. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi;
1.10. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi;
1.11. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;
1.12.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Quba şəhərində "Soyqırımı memorial kompleksi";
1.13.Azərbaycan Respublikası Müdafiə
Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı;
1.14. Azərbaycan
Respublikası Səhiyyə
Nazirliyinin Məhkəmə-Tibbi
Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik
Ekspertiza Mərkəzi;
1.15. Azərbaycan
Respublikası Dövlət
Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi;
1.16. Azərbaycan
Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində
Mənəvi Dəyərlərin
Təbliği Fondu;
1.17. icra
hakimiyyəti orqanlarının
nəzdindəki mərkəzləşdirilmiş
mühasibatlıq.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
2.1. bu
Sərəncamın 1-ci hissəsində
nəzərdə tutulan
qurumlarda çalışan
rəhbər və digər işçilərin
vəzifə maaşlarının
yeni məbləğlərini
təsdiq etsin;
2.2. bu
Sərəncamdan irəli
gələn digər məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
13 yanvar 2023-cü il
Azərbaycan. - 2023.- 14 yanvar.-
S.2.