Doktorantlara, ali
təhsil, orta ixtisas və
peşə təhsili müəssisələrində, həmçinin
Azərbaycan Milli Elmlər
Akademiyasının magistratura səviyyəsində
təhsil alan tələbələrə
verilən təqaüdlərin məbləğinin
artırılması və "Doktorantlara,
ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində,
həmçinin Azərbaycan Milli Elmlər
Akademiyasının magistratura səviyyəsində
təhsil alan tələbələrə
təqaüdlərin verilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli
961 nömrəli Sərəncamında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 yanvar tarixli 3708 nömrəli Sərəncamının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:
1. Dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən aşağıdakı kimi müəyyən edilsin:
1.1. Doktorantura pilləsi üzrə:
1.1.1. elmlər doktoru hazırlığı üzrə doktorantlara - 400 (dörd yüz) manat;
1.1.2. fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 240 (iki yüz qırx) manat.
1.2. Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:
1.2.1. magistratura səviyyəsi üzrə:
1. akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 195 (yüz doxsan beş) manat;
2. akademik göstəriciləri 71-100 bal olan tələbələrə - 160 (yüz altmış) manat;
3. akademik
göstəriciləri 51-100 bal olan tələbələrə
- 110 (yüz on) manat;
1.2.2. bakalavriat
səviyyəsi üzrə:
1. akademik
göstəriciləri 91-100 bal olan tələbələrə
- 175 (yüz yetmiş
beş) manat;
2. akademik
göstəriciləri 71-100 bal olan tələbələrə
- 145 (yüz qırx beş) manat;
3. akademik
göstəriciləri 51-100 bal olan tələbələrə
- 100 (bir yüz) manat.
1.3. Orta ixtisas təhsili müəssisələrində:
1.3.1. akademik
göstəriciləri 91-100 bal olan tələbələrə
- 100 (bir yüz) manat;
1.3.2. akademik
göstəriciləri 71-100 bal olan tələbələrə
- 80 (səksən) manat;
1.3.3. akademik
göstəriciləri 51-100 bal olan tələbələrə
- 66 (altmış altı)
manat.
1.4. Peşə təhsili müəssisələrində:
1.4.1. akademik
göstəriciləri "5" (yüksək texniki peşə təhsili səviyyəsində 91-100 bal) olan
tələbələrə - 100 (bir yüz) manat;
1.4.2. akademik
göstəriciləri "4" və "5" (yüksək
texniki peşə təhsili səviyyəsində
71-100 bal) olan tələbələrə
- 80 (səksən) manat;
1.4.3. akademik
göstəriciləri
"3"-"5" (yüksək texniki peşə təhsili səviyyəsində
51-100 bal) olan tələbələrə
- 66 (altmış altı)
manat.
2. "Doktorantlara,
ali təhsil, orta ixtisas və
peşə təhsili
müəssisələrində, həmçinin Azərbaycan
Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində təhsil
alan tələbələrə
təqaüdlərin verilməsi
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2019, ¹ 2, maddə
291; 2021, ¹ 11, maddə 1232, ¹ 12, maddə 1470) aşağıdakı
dəyişikliklər edilsin:
2.1. 1.1-ci bəndin
ikinci abzasında
"360" rəqəmləri "400 (dörd yüz)" sözləri ilə, üçüncü abzasında
"216" rəqəmləri "240 (iki yüz qırx)"
sözləri ilə əvəz edilsin;
2.2. 1.2-ci bəndin
dördüncü abzasında
"174" rəqəmləri
"195 (yüz doxsan beş)" sözləri
ilə, beşinci abzasında "144" rəqəmləri
"160 (yüz altmış)"
sözləri ilə,
altıncı abzasında
"96" rəqəmləri "110 (yüz on)" sözləri
ilə, səkkizinci abzasında "156" rəqəmləri
"175 (yüz yetmiş
beş)" sözləri
ilə, doqquzuncu abzasında "132" rəqəmləri
"145 (yüz qırx
beş)" sözləri
ilə, onuncu abzasında "90" rəqəmləri
"100 (bir yüz)"
sözləri ilə əvəz edilsin;
2.3. 1.3-cü bəndin
ikinci abzasında
"90" rəqəmləri "100 (bir yüz)" sözləri ilə, üçüncü abzasında
"72" rəqəmləri "80 (səksən)" sözləri
ilə, dördüncü
abzasında "60" rəqəmləri
"66 (altmış altı)"
sözləri ilə əvəz edilsin;
2.4. 1.4-cü bəndin
ikinci abzasında
"90" rəqəmləri "100 (bir yüz)" sözləri ilə, üçüncü abzasında
"72" rəqəmləri "80 (səksən)" sözləri
ilə, dördüncü
abzasında "60" rəqəmləri
"66 (altmış altı)"
sözləri ilə əvəz edilsin.
3. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
13 yanvar 2023-cü il
Azərbaycan.- 2023.- 14 yanvar.-
S.3.