Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdünün məbləğinin
artırılması və
"Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdünün təsis
edilməsi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 11 iyun tarixli
715 nömrəli Fərmanında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Əhalinin sosial rifahının yaxşılaşdırılması
sahəsində əlavə
tədbirlər haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2023-cü il
5 yanvar tarixli 3708 nömrəli Sərəncamının
2.1.2-ci yarımbəndinin icrasını
təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün
məbləği 2023-cü il yanvarın
1-dən 1500 (min beş yüz)
manat müəyyən
edilsin.
2. "Azərbaycan
Respublikası Prezidentinin
fərdi təqaüdünün
təsis edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2002, ¹ 6, maddə
329, ¹ 10, maddə 587; 2004, ¹ 12, maddə 1006; 2005, ¹ 3, maddə
167; 2006, ¹ 11, maddə 939; 2007, ¹ 12, maddə 1235; 2008, ¹ 7, maddə
621; 2016, ¹ 10, maddə 1628; 2018, ¹ 2, maddə 210) 2-ci hissəsində
"1450 (min dörd yüz
əlli)" sözləri
"1500 (min beş yüz)"
sözləri ilə əvəz edilsin.
3. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu Fərmandan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
13 yanvar 2023-cü il
Azərbaycan.- 2023.- 14 yanvar.-
S.3.