İlham Əliyevin
4-cü sosial islahat paketi
Prezidentin xalqa yeni dəstək layihəsi 1 milyon 900 min vətəndaşı əhatə
edəcək
Tarixinin ən qüdrətli dövrünü yaşayan
Azərbaycanda əhalinin
sosial müdafiəsinin
etibarlı təmin edilməsi praktik işdə real təsdiqini
tapır.
Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı, imzaladığı fərman
və sərəncamlar
sosial cəhətdən
həssas əhali qruplarının etibarlı
müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradıb. Ölkə Prezidenti bütün
dövrlərdə əhalinin
sosial müdafiəsinin
təşkilini və
daxili siyasətin sosial yönümlülüyünü
ön planda saxlayıb. Ən önəmlisi isə
ondan ibarətdir ki, dövlətin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan
vətəndaşının firavan yaşam tərzi dayanır. Xüsusən sosial məsələlərin
həlli ilə bağlı ölkədə
çoxsaylı dövlət
proqramları, böyük
layihələr həyata
keçirilir. Çox
təqdirəlayiq haldır
ki, hər il Prezidentin
imzaladığı fərman
və sərəncamların
65 faizi məhz sosialyönümlü olur.
Dövlət başçısının
2023-cü il üçün müəyyənləşdirdiyi
sosial dəstək paketi də bunun bariz təcəssümüdür.
İlham Əliyevin
yeni fərman və sərəncamları
ilə son beş
ildə ölkəmizdə
artıq dördüncü
sosial islahat paketi reallaşdırılır.
Bu sosial dəstək
paketinə uyğun olaraq əməkhaqqı, müavinət və təqaüdlərin növbəti
dəfə artırılması
təmin olunur.
Dövlət başçısının
5 və 13 yanvar tarixli fərman və sərəncamlarına
əsasən vətəndaşların
müavinət və təqaüdlərində növbəti
artımların edilməsi
il bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində
brifinq keçirilib və bütün sahələrə edilən
artımlar barədə
ətraflı məlumat
verilib. Qeyd edilib ki, dövlət başçısının
bu istiqamətdə imzaladığı fərman
və sərəncamlar
ümumilikdə 1 milyon
900 min vətəndaşı əhatə edəcək.
Beləliklə, Prezidentin
imzaladığı fərman
və sərəncamlara
əsasən:
* Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün
məbləği 1500 manata;
* Minimum aylıq əməkhaqqının məbləği
345 manata;
* Əmək pensiyasının minimum məbləği
280 manata;
* Şəhid ailəsi üçün
Prezident təqaüdü
600 manata;
* 20 Yanvar şəhidinin ailəsi üçün Prezident təqaüdü 600 manata;
* 1941-1945-ci illər
Böyük Vətən
müharibəsi iştirakçıları
və bu kateqoriyaya aid digər şəxslərə verilən Prezident təqaüdünün aylıq
məbləği 330 manata;
* Əfqanıstan
müharibəsi iştirakçıları,
itkin düşmüş
və həlak omuş hərbi qulluqçuların ailələrinə
verilən təqaüd
600 manata;
* Müharibə və ya 20 Yanvar
hadisələri ilə
əlaqədar əlilliyi
olan şəxslərə
verilən təqaüd
orqanizmin funksiyalarının
(81-100, 61-80, 31-60 ) faiz pozulmasına
görə 500, 400 və
330 manata;
* Çernobıl
AES-də hərbi xidmətlə əlaqədar
- I qrup əlillər üçün 500, II qrup 400 və III qrup 330 manata;
* Yaşa görə sosial müavinətin məbləği
220 manata;
* Orqanizmin funksiyalarının (81-100, 61-80, 31-60 ) faiz pozulmasına
görə əlilliyi
müəyyən edilmiş
şəxslərə sosial
müavinətin məbləği
270, 220 və
150 manata;
* "Xalq" fəxri adına
görə təqaüdün
məbləği 200, "Əməkdar"
fəxri adına görə təqaüdün
məbləği 150 manata;
* Əlilliyi müəyyən edilmiş
şəxslərə (gözdən
əlilliyi olan şəxslər istisna olmaqla) verilən təqaüd 200 manata;
* Beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği
105 manata;
* Ailə başçısını itirməyə
görə sosial müavinətin məbləği
120 manata;
* Bir yaşınadək uşağı
olan aztəminatlı ailələrə sosial müavinətin məbləği
hər uşaq üçün 100 manata;
* Radiasiya qəzası nəticəsində
zərər çəkmiş
şəxslərə hər
il müalicə
üçün sosial
müavinətin məbləği
300 manata;
* Uşağın
anadan olmasına görə birdəfəlik
sosial müavinətin
məbləği 500 manata;
* Dəfn üçün sosial müavinətin məbləği
500 manata.
* Ali məktəb
tələbələri üçün
Prezident təqaüdünün
məbləği 275 manata;
* Doktorantlara, ali təhsil,
orta ixtisas və peşə təhsili müəssisələrində,
həmçinin AMEA-nın
magistratura səviyyəsində
təhsil alan tələbələrin təqaüdləri
pillə və səviyyə dərəcəsinə
uyğun;
* Dövlət büdcəsindən maliyyələşən
bir sıra təşkilatlarda çalışan
işçilərin əməkhaqları
isə ümumilikdə
15 faiz artıb.
Qeyd olunub ki, son 5 ildə icra olunan 4 sosial
islahat paketi nəticəsində şəhid
ailəsi üçün
Prezidentin aylıq təqaüdü 2,5 dəfə,
əlilliyi olan şəxslər üçün
müavinət və təqaüdlər orta hesabla 3 dəfə, aztəminatlı ailələrdə
bir yaşınadək
uşağa görə
müavinət 2,1 dəfə,
uşağın anadan
olmasına görə
birdəfəlik müavinət
4,6 dəfə, dəfn
üçün birdəfəlik
müavinət 3,4 dəfə,
ümumi səbəblərdən
orqanizmin funksiyalarının
81-100 faiz pozulmasına
görə əlilliyi
(o cümlədən gözdən
əlilliyi) olan şəxslərə Prezidentin
aylıq təqaüdü
2 dəfə, yaşa
görə müavinət
3 dəfə, beşdən
çox uşağı
olan qadınlara hər uşağa görə müavinət
3,2 dəfə, orqanizmin
funksiyalarının 81-100 faiz
pozulmasına görə
və ya 18 yaşınadək əlilliyi
müəyyən olunmuş
şəxslərə qulluq
edən şəxslərə
Prezidentin aylıq təqaüdü 2 dəfə,
ailə başçısını
itirməyə görə
müavinət 76,5 faiz
artırılıb.
Yeni fərman və sərəncamlarla ümumilikdə
660 min nəfərə yönələn
sosial müavinət və təqaüdlərin
artırılması təmin
edilir.
Bütün bunlar bir daha
Azərbaycanın həm
də sosial dövlət olduğunu, Prezident İlham Əliyevin isə siyasətinin mərkəzində
Azərbaycan vətəndaşının
dayandığı bir
daha öz təsdiqini tapır. Prezidentin təşəbbüskarı
olduğu və onun imzası ilə həyata keçirilən müxtəlif
sosial paketlərə nəzər salsaq görərik ki, onların hər biri əhalinin ən həssas təbəqəsindən olan
insanları əhatə
edir.
Beləliklə, artımlar artıq
2023-cü ildə bu istiqamətdə daha çox vəsaitin ayrılmasına imkan verəcək. Onu da vurğulayaq ki, bütövlükdə
2023-cü ilin dövlət
büdcəsindən sosial
sahəyə 15,2 milyard manat vəsait
ayrılacaq. Bu, büdcə xərclərinin
46 faizi deməkdir və təbii ki, müstəqillik dövründə ən böyük sosial ayırmalardır.
Sonda onu da qeyd edək
ki, ümumilikdə
2023-cü ildə yeni
sosial islahat paketi üzrə 1,9 milyon vətəndaşı
əhatə edən sosial ödənişlərdə
növbəti artımlar
edilib və bunun üçün illik əlavə 750 milyon manat vəsait
nəzərdə tutulub.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan - 2023.-14 yanvar.- S.1; 4.