"Azərbaycan Respublikası Hökuməti ilə
Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini
sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında" 2022-ci il noyabrın 4-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 dekabr
2022-ci il
Azərbaycan.-
2023.-15 yanvar.- S.2.