"Azərbaycan Ali
Məhkəməsinin 100 illiyi
(1923-2023)" Azərbaycan Respublikasının yubiley
medalının təsis edilməsi ilə əlaqədar
"Azərbaycan Respublikasının orden
və medallarının təsis edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 762-VIQD nömrəli
Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 762-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 762-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə"nin
2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Əsasnamənin 2-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Ali Məhkəməsi nəzərdə tutulur.
2. "Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə verilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 762-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 yanvar
2023-cü il
Azərbaycan.-
2023.- 15 yanvar.- S.3.