Müdafiə Nazirliyinin
rəhbər heyəti
Quru Qoşunlarının
hərbi hissələrində
olub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Quru Qoşunların komandanı
general-leytenant Ənvər
Əfəndiyev və
nazirliyin digər vəzifəli şəxsləri
“N” saylı hərbi hissədə olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, hərbi xidmətə yeni çağırılan gənclərin
ən çox toplandığı hərbi
hissədə şəxsi
heyətin qəbulu prosesi, onların ilkin təməl hazırlığı kursunda
iştirakı və hərtərəfli təminatı
yoxlanılıb.
General-polkovnik
K.Vəliyev gənc əsgərlərin vətənpərvərlik
ruhunda tərbiyəsi,
qanun və hərbi nizamnamələrin
tələblərinə ciddi
riayət etməsi, həmçinin onların
intensiv döyüş
hazırlığının təşkili və keçirilməsi məsələlərinə
xüsusi diqqət yetirilməsi ilə bağlı vəzifəli
şəxslərə tapşırıqlar
verib.
Sonra Müdafiə Nazirliyinin rəhbər heyəti Ermənistanla sərhəddə
yerləşən komando
və digər hərbi hissələrdə
olub, şəxsi heyətin intensiv dağ hazırlığı
məşğələsini izləyib.
Yüksək dağlıq və çətin relyefli ərazidə hazırlıq
keçən komandolarla
görüşən general-polkovnik K.Vəliyev hərbi qulluqçuların
praktiki məşqlərində
əsas diqqətin döyüşün aparılmasının
üsul və taktikasına yönəldilməsini
tapşırıb.
Gündüz və gecə vaxtı keçirilən məşqlərdə dağ
şəraitində taktiki
və atəş hazırlığı, dağ
yolları, aşırım
və yüksəkliklərdən
keçmək bacarığı,
həmçinin digər
bölmələrlə uyarlıq
məsələləri öyrənilir.
Qoşunların dağ hazırlığı
tapşırıqlarında döyüş təcrübəsi
nəzərə alınmaqla
şəxsi heyətin
dağlıq ərazilərdəki
təbii maneələri
dəf etmək vərdişlərinin təkmilləşdirilməsinə,
ştat silahından,
o cümlədən dronlardan
səmərəli istifadə
edilməsinə, həmçinin
gündüz və gecə vaxtı istənilən hava şəraitində döyüşün
aparılması bacarığına
xüsusi diqqət yetirilir.
Baş Qərargah rəisi hərbi qulluqçuların
peşəkar hazırlıq
səviyyəsinin yüksəldilməsi,
təlim və məşqlərin intensivliyi
və keyfiyyətinin daha da artırılması
ilə əlaqədar
aidiyyəti vəzifəli
şəxslərə müvafiq
göstərişlər verib.
Azərbaycan.- 2023.-18 yanvar.- S.2.