İlham Əliyevin
qlobal liderliyinin daha bir nümunəsi
Ərəb dünyası
Azərbaycan Prezidentini
ən etibarlı tərəfdaş və sadiq dost kimi qəbul edir
Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsi
olaraq ölkəmizin müsəlman dünyası,
o cümlədən ərəb
dövlətləri ilə
əlaqələri son dövrlərdə
daha da inkişaf
edib, münasibətlərin
dinamikası yeni mərhələyə qədəm
qoyub. Xüsusilə qeyd edilməlidir
ki, ərəb dünyası Azərbaycanın
inkişafını, eləcə
də beynəlxalq münasibətlər sistemindəki
rolunu və nüfuzunu yüksək qiymətləndirir. Birləşmiş Ərəb Əmirliklərinin
Prezidentinin dəvəti
ilə Prezident İlham Əliyevin yanvarın 16-da Əbu-Dabi
Dayanıqlılıq Həftəsinin
rəsmi açılış
mərasimində iştirakı
da bu ölkənin
timsalında ərəb
dünyasının ölkəmizə
və onun rəhbərinə olan yüksək ehtiramının
göstəricisidir.
Münasibətlərin inkişafını
şərtləndirən amillər
Ortaq mədəni-mənəvi dəyərlər,
tarixən mövcud olmuş əlaqələr
müasir dövrdə
Azərbaycanla ərəb
dünyası arasında
münasibətlərin daha
da inkişafını
şərtləndirən amillərdir. Bu gün
ölkəmizin Səudiyyə
Ərəbistanı, İraq,
Qətər, İordaniya,
Misir və digər ərəb dövlətləri arasında
geniş siyasi münasibətləri, müxtəlif
sahələrdə yüksək
qarşılıqlı əməkdaşlıq
əlaqələri var. Təsadüfi
deyil ki, bu dövlətlər Azərbaycanı beynəlxalq
məsələlərdə daim dəstəkləyiblər.
Səudiyyə Ərəbistanı isə
Ermənistanla diplomatik
münasibətlər qurmayıb
və bunun da yeganə səbəbi Azərbaycan torpaqlarının işğalı
idi.
Ümumiyyətlə, ərəb ölkələri
daim Azərbaycanın
ərazi bütövlüyünə
və suverenliyinə dəstəklərini ifadə
ediblər.
Ötən il noyabrın 1-də Prezident
İlham Əliyevin Əlcəzairdə
keçirilən
Ərəb Dövlətləri
Liqasının 31-ci Zirvə
toplantısında Fəxri
qonaq statusunda iştirakı da respublikamızla ərəb
dünyası arasındakı
daha da yüksələn
səmimi münasibətlərin
göstəricisi idi. Zirvə toplantısına dəvətə
görə Əlcəzair
Prezidentinə və Ərəb Dövlətləri
Liqasının baş
katibinə təşəkkürünü
bildirən Prezident İlham Əliyev dəvətin dostluq və qardaşlıq əlaməti olduğunu bildirmişdi.
Xatırladaq ki, Azərbaycanla ərəb dövlətlərinin
birliyi olan Ərəb Dövlətləri
Liqası arasında da əməkdaşlıq
əlaqələri mövcuddur.
Ölkəmiz müşahidəçi
statusunda təşkilatın üzvüdür.
Hazırda liqa yeddi ölkə ilə, o cümlədən Azərbaycanla
imzalanmış Anlaşma
memorandumu əsasında
əməkdaşlıq edir.
Anlaşma memorandumu 2005-ci ildə
imzalanıb. 2014-cü
ildə isə Ər-Riyadda Ərəb Dövlətləri Liqası,
Orta Asiya və Azərbaycan Respublikası arasında Əməkdaşlıq memorandumu
imzalanıb. Onu da qeyd edək ki, Ərəb Dövlətləri Liqasının
üzvləri həmçinin
Azərbaycanın hazırda
sədrlik etdiyi Qoşulmama Hərəkatında
təmsil olunurlar.
Azərbaycan bu təşkilat
çərçivəsində də ərəb dövlətləri ilə
geniş əməkdaşlıq
imkanlarına malikdir.
Dostluğun və qardaşlığın nümunəsi
Prezident İlham Əliyevin işgüzar səfərdə
olduğu Birləşmiş
Ərəb Əmirlikləri
Azərbaycanın dövlət
müstəqilliyini tanıyan
ilk dövlətlərdən biridir. Bu ölkə 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini
tanıyıb. 1992-ci ildən
isə iki dövlət arasında diplomatik münasibətlər
qurulub. Ötən əsrin 90-cı illərinin ortalarından ticari-iqtisadi və digər sahələrdə
əməkdaşlıq genişlənməyə
başlayıb.
Son səfər zamanı Prezident İlham Əliyevlə Birləşmiş Ərəb
Əmirliklərinin Prezidenti
Şeyx Məhəmməd
bin Zayed Al Nəhyan arasında görüşdə
Azərbaycanla BƏƏ-nin
siyasi, iqtisadi, təhlükəsizlik və
digər sahələrdə
sıx əməkdaşlıq
həyata keçirdikləri
bildirildi, bu əlaqələrin daha da genişləndirilməsinin
vacibliyi vurğulandı.
Dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş
siyasi xəttə uyğun olaraq, iki ölkənin müxtəlif səviyyələrdə
nümayəndə heyətlərinin
qarşılıqlı səfərlərinin
önəmi qeyd edildi.
Onu da xatırladaq ki, keçən ay Fransanın BMT Təhlükəsizlik
Şurasında Azərbaycana
qarşı qəbul etdirməyə çalışdığı
sənədin əleyhinə
çıxanlardan biri
də BƏƏ-dir.
Hər zaman Azərbaycanın
haqlı mövqeyini müdafiə edən bu ölkə BMT TŞ-dəki müzakirələrdə
də ölkəmizə
dəstək göstərib.
BƏƏ-nin bu mövqeyi, eləcə də Prezident Şeyx Məhəmməd
bin Zayed Al Nəhyanın
Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanın
qazandığı nailiyyətlər
və qələbələr
münasibətilə təbriklərini
çatdırması ondan
xəbər verir ki, bu ölkə
Azərbaycanın Vətən
müharibəsindəki qələbəsini
və yaratdığı
yeni reallıqları dəstəkləyir.
Prezidentlərin görüşündə bu məsələyə də toxunulub və dövlətimizin başçısı BMT TŞ-də Cənubi Qafqaz regionuna aid müzakirələrdə BƏƏ-nin Azərbaycana göstərdiyi dəstəyi
yüksək qiymətləndirib,
bunu dostluğun və qardaşlığın
nümunəsi kimi dəyərləndirib.
Yüksək nüfuzun
təcəssümü
Prezident İlham
Əliyevin dəvət
olunduğu Əbu-Dabi
Dayanıqlılıq Həftəsi
planetimizin gələcəyində
payı olan dövlət və hökumət başçılarını,
siyasətçiləri, sənaye
liderlərini, sərmayəçiləri,
iş adamlarını
və gəncləri aktual məsələlərin
müzakirəsi üçün
bir araya gətirir. Budəfəki Dayanıqlılıq Həftəsində dünyanın
150 ölkəsindən 30 minədək
nümayəndə iştirak
edir.
Prezident İlham Əliyevin bu mötəbər beynəlxalq tədbirə
dəvət olunması
sürətlə inkişaf
edərək mühüm
beynəlxalq layihələrin
təşəbbüskarına çevrilən ölkəmizin
dünya miqyasında artan nüfuzunun göstəricisidir. Zəngin neft-qaz potensialı
ilə Avropanın enerji təhlükəsizliyində
mühüm rol oynayan Azərbaycan Prezident İlham Əliyevin uğurlu enerji siyasəti nəticəsində bu sahədə imkanlarını
daha da şaxələndirir.
Hazırda enerji sahəsində
ölkəmizin prioritetlərindən
biri bərpaolunan enerji ilə bağlı yeni layihələrin həyata
keçirilməsidir. Artıq bu sahədə Azərbaycanla BƏƏ arasında
real əməkdaşlıq mövcuddur. Belə ki, ötən il təməli
qoyulmuş "Qaradağ"
Günəş-Elektrik Stansiyasını
bu ölkənin "Masdar" şirkəti inşa edir.
Eyni zamanda İlham Əliyevin bu tədbirdə iştirakı
Azərbaycanla BƏƏ arasındakı
yüksək siyasi münasibətlərin göstəricisidir. Bu səfər,
eləcə də BMT
TŞ-dəki birmənalı
dəstək göstərir
ki, Azərbaycanla
BƏƏ yaxın tərəfdaş
və dost dövlətlərdir.
Xüsusilə qeyd etməliyik ki, Azərbaycan Prezidentinin Əbu-Dabi Dayanıqlılıq Həftəsinə
dəvət alması
İlham Əliyevin yüksək nüfuzunun təcəssümüdür.
Bu dəvət İlham
Əliyevin qlobal liderliyinin daha bir nümunəsidir və görünən həm də odur ki, ərəb
dünyası Azərbaycan
Prezidentini ən etibarlı tərəfdaş
və sadiq dost kimi qəbul edir.
Rəşad CƏFƏRLİ
Azərbaycan. - 2023.-18 yanvar.- S.1; 4.