Davosda “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə
prezidenti ilə görüş
Yanvarın 18-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Davosda “The Goldman
Sachs Group Inc.” şirkətinin qlobal məsələlər
üzrə prezidenti
Cared Kohen ilə görüşüb.
AZƏRTAC xəbər
verir ki, görüşdə “The Goldman Sachs Group Inc.” şirkətinin Azərbaycan
Mərkəzi Bankı
və Dövlət Neft Fondu ilə
uğurlu əməkdaşlığının
davam etdiyi qeyd olundu.
“The Goldman Sachs Group Inc.” şirkəti ABŞ-ın
mənzil-qərargahı Nyu-Yorkda
yerləşən beynəlxalq
sərmayə bankı
və maliyyə xidmətləri şirkətidir. Yetmişdən
çox ölkədə
fəaliyyət göstərən
şirkətin gəlirləri
2021-ci ildə 59,4 milyard dollar, xalis mənfəəti isə
21,6 milyard dollar təşkil
edib.
Azərbaycan.- 2023.- 19 yanvar.- S.1; 3.