Azərbaycan Respublikasının
Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
2023-cü ilin
əvvəli yuvarlaq tarixlə - Qırğız
Respublikası və Azərbaycan Respublikası
arasında diplomatik münasibətlərin qurulmasının
30 illiyi ilə əlamətdardır. Bu tarixi
hadisə münasibətilə
Sizi və qardaş Azərbaycan xalqını təbrik etməyə ürəkdən
şadam.
Fəxr edirəm
ki, xalqlarımız arasında çoxəsrlik
dostluq, dil, mədəniyyət, din və
tarix baxımından yaxınlıq tellərinin
möhkəm bünövrəsi
üzərində qurulmuş
qarşılıqlı münasibətlər
dövlətlərarası və diplomatik status kəsb edib.
Ticari-iqtisadi, nəqliyyat-logistika
və mədəni-humanitar
sahələrdə ötən
il bizim
aprel və oktyabr aylarındakı qarşılıqlı səfərlərimizin
yekunlarına əsasən
strateji müstəviyə
qalxmış siyasi əlaqələrimizin birgə
səylərimizlə əldə
edilmiş səviyyəsini
yüksək qiymətləndirirəm.
Əminəm ki, birgə səylərimiz sayəsində
xalqlarımız arasında
dostluq münasibətləri
bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək, gələcəkdə
də ardıcıl xarakter daşıyacaq.
Zati-aliləri, Sizə
möhkəm cansağlığı,
ali dövləti
fəaliyyətinizdə uğurlar,
Azərbaycan xalqına
sülh və firavanlıq arzu edirəm.
Hörmətlə,
Sadır Japarov
Qırğız Respublikasının
Prezidenti
Azərbaycan.- 2023.- 19 yanvar.- S.4.