"Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan  Respublikasının 2022-ci il 29 noyabr tarixli 646-VIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının 1999-cu il  25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 646-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü hissəsində (hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 65-ci maddəsinin 4-cü hissəsində (birinci halda) "orqan (qurum)" dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 65-ci maddəsinin 4-cü hissəsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 646-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq, beynəlxalq təcrübə nəzərə alınmaqla torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı göstərilən xidmətlərə görə xidmət haqlarının məbləğlərini üç ay müddətində müəyyən etsin.

4. "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 8, maddə 486; 2000, ¹ 3 (I kitab), maddə 158; 2001, ¹ 12, maddə 755; 2003, ¹ 10, maddə 546; 2004, ¹ 4, maddə 231; 2006, ¹ 8, maddə 660; 2008, ¹ 3, maddə 174, ¹ 8, maddə 714; 2009, ¹ 7, maddə 542; 2012, ¹ 11, maddə 1080; 2014, ¹ 10, maddə 1217, ¹ 12, maddə 1552; 2016, ¹ 2 (II kitab), maddə 239; 2017, ¹ 7, maddə 1320, ¹ 12 (I kitab), maddə 2342; 2019, ¹ 3, maddə 436, ¹ 5, maddə 843; 2020, ¹ 5, maddə 559; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 1922 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-1-ci bəndə "cümlələrində" sözündən sonra ", 65-ci maddəsinin 4-cü hissəsində (hər iki halda)" sözləri əlavə edilsin;

4.2. 2.9-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.10-cu və 2.11-ci bəndlər əlavə edilsin:

"2.10. həmin Məcəllənin 65-ci maddəsinin 4-cü hissəsində (birinci halda) "orqan (qurum)" dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

2.11. həmin Məcəllənin 65-ci maddəsinin 4-cü hissəsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur.".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 yanvar 2023-cü il

 

Azərbaycan.- 2023.- 22 yanvar.- S.5.