Baş nazir Əli Əsədov Səudiyyə Ərəbistanı
DİN-in Sərhəd Mühafizəsinin
Baş direktoru ilə görüşüb
Azərbaycan Respublikasının
Baş naziri Əli Əsədov yanvarın 23-də Səudiyyə
Ərəbistanı Krallığı
Daxili İşlər
Nazirliyinin (DİN) Sərhəd
Mühafizəsinin Baş
direktoru Məhəmməd
bin Abdullah Həmdan Al-Şəhri
ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, görüşdə
Azərbaycan ilə Səudiyyə Ərəbistanı
arasında dostluq və qardaşlıq münasibətlərinin bütün
sahələrdə uğurla
inkişaf etdiyi vurğulanıb.
Ötən ilin sonunda Bakıda keçirilmiş Azərbaycan
Respublikası Hökuməti
ilə Səudiyyə
Ərəbistanı Krallığı
Hökuməti arasında
iqtisadiyyat, ticarət,
investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq
üzrə Müştərək
Komissiyanın 7-ci iclasının
və Azərbaycan-Səudiyyə
Ərəbistanı İnvestisiya
Forumunun əhəmiyyəti
qeyd edilib.
Ölkəmizdə sərhəd təhlükəsizliyinin
gücləndirilməsi istiqamətində
aparılmış islahatlar
və əldə olunmuş nailiyyətlər
barədə ətraflı
məlumat verilib.
Görüşdə, həmçinin Azərbaycan
və Səudiyyə Ərəbistanının sərhəd
qurumları arasında
əməkdaşlığın daha da inkişaf
etdirilməsi perspektivləri
müzakirə olunub.
Azərbaycan Respublikası Dövlət
Sərhəd Xidmətinin
rəisi Elçin Quliyev görüşdə
iştirak edib.
Azərbaycan.- 2023.- 24 yanvar.- S.2.