Azərbaycan Respublikası Prezidentinin "Dövlət icbari
şəxsi sığortası sahəsində idarəetmənin
təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər
haqqında" 2021-ci il 18 may
tarixli 1340 nömrəli və "Azərbaycan
Respublikasının ərazi bütövlüyünün,
müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi
xidmət vəzifələrini (xidməti vəzifələrini)
yerinə yetirərkən və ya həqiqi
hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya
xəstələnməsi nəticəsində əlilliyi
müəyyən edilmiş hərbi
qulluqçuların və daxili
işlər orqanları əməkdaşlarının, habelə
onların ailə üzvlərinin sosial
müdafiəsinin gücləndirilməsi ilə bağlı
tədbirlər haqqında" 2021-ci il 23
dekabr tarixli 1513
nömrəli fərmanlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərsığorta" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli 1751 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, ¹ 5, maddə 447, ¹ 12, maddə 1406; 2022, ¹ 6, maddə 602, ¹ 8, maddə 893) 2.7-ci bəndində "Şirkət" sözü "Azərsığorta" Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilsin.
2. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, ¹ 12, maddə 1378) 3-cü hissəsində "Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin" sözləri "Azərsığorta" Açıq Səhmdar Cəmiyyətinin" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 yanvar
2023-cü il
Azərbaycan.-
2023.- 25 yanvar.- S.3.