COVID-19-la mübarizədə iştirak
edən tibb işçilərinin əməkhaqlarına
əlavənin müddəti uzadılıb
Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.
AZƏRTAC xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.
Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti martın 1-dək uzadılıb.
Qeyd edək
ki, əvvəlcə bu
müddət yanvarın 1-dək nəzərdə tutulmuşdu.
Azərbaycan.-
2023.- 25 yanvar.- S.3.