Özbəkistan Prezidenti Azərbaycanın
İƏT-ə sədrliyi çərçivəsində
planları barədə məlumatlandırılıb
Yanvarın 24-də Özbəkistana işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul edilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri müzakirə olunub. Ölkələrimiz arasında əməkdaşlıq imkanlarının yüksək potensialı vurğulanıb.
Nazir Ceyhun Bayramov görüş zamanı İqtisadi Əməkdaşlıq Təşkilatında ölkəmizin 2023-cü il sədrliyi çərçivəsində prioritetlər və planlar barədə Prezident Mirziyoyevə məlumat verib, Nazirlər Şurasının iclasının yüksək səviyyədə təşkilinə görə Özbəkistan dövlət başçısına minnətdarlığını bildirib.
Görüş zamanı, həmçinin gündəlikdə duran ikitərəfli məsələlər və regional vəziyyət müzakirə edilib.
Daha sonra xarici işlər naziri Ceyhun Bayramov
Özbəkistan Respublikasının xarici
işlər naziri vəzifələrini icra edən Baxtiyor Saidov ilə görüşüb.
Tərəflər arasında, ikitərəfli əlaqələrin
aktual məsələləri müzakirə
olunub.
Azərbaycan.- 2023.-25 yanvar.- S.3.