"Qız qalası" melodramı 8 beynəlxalq
festivalın qalibi olub
Müstəqil kinematoqrafçılar tərəfindən istehsal olunan qısametrajlı "Qız qalası" filmi bir neçə nüfuzlu beynəlxalq festivalda ölkəmizi təmsil edərək kino sənayesinin inkişafına öz töhfəsini verib.
Film İtaliya, Türkiyə, ABŞ, Sinqapur, Rumıniya, Litva, Norveç və Slovakiya kimi ölkələrdə müxtəlif festivallarda qalib olub.
Hər bir insan həyatında heç olmasa bir dəfə ruh əkizinə - "öz adamına" rast gəlir. Lakin qərarsızlıq və yaxud cəmiyyətin yaratdığı yeni münasibət normaları, heç kəsdən geri qalmamaq istəyi o adamı bizə görməyə imkan vermir. Bəzən özümüz də beynimizdə yaratdığımız səhv idealın dalınca qaçıb rast gəldiyimiz həmin adama önəm vermirik.
"Qız qalası" filminin süjeti ayrı şəxsi münasibətləri olan iki fərqli insanın təsadüfən tanış olmasından bəhs edir. Tanışlıq əsnasında hər biri anlayır ki, həmin o "öz adamına" rast gəlib.
Film boyunca qəhrəmanlar seçim etməlidir: ya hər şeyi olduğu kimi saxlayıb geri dönmək, ya da "öz adamı" ilə hər birinin daxildə arzusunda olduğu yeni münasibətlərə başlamaq…
Filmin rejissoru və ssenari müəllifi
Mehdi Ağayev, quruluşçu operatoru Delee, quruluşçu rəssamı
Şahin Həsənli,
montajçısı Əsgər Rəhimov, musiqisi
isə Sevda Ələkbərzadə, Emma Ələkbərzadə və Raufa məxsusdur.
Azərbaycan.- 2023.-26 yanvar.- S.10.