"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bəndini rəhbər tutaraq qərara alır:

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 7, maddə 779; 2016, ¹ 1, maddə 21, ¹ 2 (I kitab), maddə 206, ¹ 6, maddə 972; 2017, ¹ 3, maddə 340; 2019, ¹ 5, maddə 802; 2021, ¹ 10, maddə 1091; 2022, ¹ 1, maddə 8) 20.0.22-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 20.0.23-cü maddə əlavə edilsin:

"20.0.23. siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı - 2023-cü il yanvarın 1-dən 2 il müddətinə.".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2022-ci il

 

Azərbaycan.- 2023.-27 yanvar.- S.3.