BMT-nin 77-ci Baş Assambleyasının prezidenti Tehranda Azərbaycan
səfirliyinə hücumu pisləyib
Yanvarın 27-də Azərbaycanın İrandakı
səfirliyinə edilən
terror hücumu BMT-nin
77-ci Baş Assambleyasının
prezidenti Çaba Koroşi tərəfindən
də pislənib.
AZƏRTAC xəbər verir ki, terror aktı ilə əlaqədar Ç.Koroşinin adından yayılan bəyanatda Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən hücumun qınandığı bildirilib. Həmçinin səfirliyin həlak olmuş əməkdaşının ailəsinə və yaxınlarına başsağlığı ifadə olunub, yaralanan iki nəfərə isə tezliklə şəfa tapmaları arzulanıb.
Bəyanatda bu hücumun tezliklə araşdırılmasının vacibliyi də qeyd olunub.
Azərbaycan. - 2023.- 28 yanvar.- S.2.