Türkiyə parlamentinin sədr terror aktını kəskin şəkildə pisləyib

 

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən qanlı terror aktını kəskin şəkildə pisləyib.

AZƏRTAC xəbər verir ki, TBMM-nin sədri tviter səhifəsindəki paylaşımında törədilən alçaq hücumu qətiyyətlə qınadığını bildirib. Qeyd edib ki, o, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə telefonda danışaraq səfirlik əməkdaşının şəhid olmasına görə üzüntü keçirdiyini söyləyib, Azərbaycan xalqına başsağlığı verdiyini ifadə edib.

 

Azərbaycan.- 2023.- 28 yanvar.- S.2.