Şimali Kipr Türk
Respublikasının Prezidenti Azərbaycan
xalqına başsağlığı verib
Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror hücumunu sərt şəkildə qınayıb.
AZƏRTAC xəbər verir ki, Ersin
Tatar tviter hesabında
etdiyi paylaşımda bu
xain hücumu şiddətlə
pisləyərək, Şimali Kipr Türk
Respublikasının daim Azərbaycan
dövlətinin yanında olduğunu
vurğulayıb: “Azərbaycanın Tehrandakı səfirliyinə
qarşı törədilən silahlı hücumu
qınayır, hücum nəticəsində
həlak olan mühafizə rəisinə Allahdan rəhmət, yaralananlara
tezliklə sağalmalarını arzulayıram. Kədəriniz
kədərimizdir. Şimali Kipr Türk Respublikası daim Can Azərbaycan
xalqının yanındadır. Başın sağ
olsun, Azərbaycan”.
Azərbaycan.- 2023.- 28 yanvar.- S.2.