Belarus XİN: “Azərbaycanlı
həmkarlarımıza dərin hüznlə
başsağlığı verir, dəstəyimizi
bildiririk”
Azərbaycanın Tehrandakı səfirliyinə diplomatik missiya üzvünün ölümü və daha iki işçinin yaralanması ilə nəticələnən silahlı hücumu qətiyyətlə pisləyirik.
AZƏRTAC xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
“Azərbaycanlı həmkarlarımıza
dərin hüznlə başsağlığı verir, dəstəyimizi bildirir,
yaralananların tezliklə sağalmasını
arzulayırıq. Biz əminik ki, diplomatik nümayəndəliklərin
və konsulluq idarələrinin əməkdaşlarına
qarşı yönəlmiş bu cür hərəkətlərə haqq qazandırmaq olmaz”, -
deyə açıqlamada vurğulanıb.
Azərbaycan.-
2023.- 28 yanvar.- S.2.