Niderland XİN Azərbaycanın İrandakı səfirliyinə
qarşı törədilən qanlı terror
hücumunu pisləyib
Niderland Azərbaycanın İrandakı səfirliyinə qarşı bu gün törədilən qanlı terror hücumunu pisləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Niderland Xarici İşlər Nazirliyinin tviter səhifəsindəki paylaşımda qeyd olunub.
Paylaşımda diplomatik nümayəndəliklərə və
onların əməkdaşlarına qarşı hücumun yolverilməz olduğu
bildirilib. Həmçinin həlak olan mühafizəçinin ailəsinə dərin
hüznlə başsağlığı verilib,
yaralananların tezliklə sağalması arzu
edilib.
Azərbaycan.- 2023.- 28 yanvar.- S. 6.