Kamal Abdulla yenidən Multikulturalizm
Mərkəzinin Himayəçilik Şurasının sədri
seçilib
Yanvarın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının yeni tərkibdə ilk iclası keçirilib.
BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclas Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın sədrliyi ilə keçib. Tədbirdə BBMM-in Himayəçilik Şurasının digər üzvləri – Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Milli Tarix Muzeyinin baş direktoru Nailə Vəlixanlı, Rus İcmasının sədri, deputat Mixail Zabelin və Rus Dram Teatrının bədii rəhbəri, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri, Xalq artisti Aleksandr Şarovski iştirak ediblər.
Rəvan Həsənov qurumun 2022-ci il ərzində gördüyü işlər barədə hesabat verib və 2023-cü il üçün həyata keçiriləcək layihələr barədə geniş məlumat verib.
Toplantıda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvləri Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanı növbəti 4 il müddətinə yenidən sədr seçib.
Kamal Abdulla göstərdikləri yüksək etimada görə Prezident İlham Əliyevə və Himayəçilik
Şurasının üzvlərinə təşəkkürünü
bildirib. BBMM-in Himayəçilik
Şurasının sədri qeyd edib ki, qarşıya qoyulan vəzifələr bundan
sonra da uğurla həyata keçiriləcək.
Azərbaycan.- 2023.-23 yanvar.- S.6.