“Telekommunikasiya haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
23-cü bəndini rəhbər
tutaraq qərara alır:
“Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, ¹ 8, maddə 685; 2006, ¹ 11, maddə 932; 2007, ¹ 5, maddə
442, ¹ 11, maddə 1053; 2016, ¹ 6, maddə 969, ¹ 12, maddə
1989; 2017, ¹ 3, maddə 346, ¹ 6, maddələr 1024, 1046, ¹ 7, maddə
1266, ¹ 12 (I kitab), maddə
2255; 2018, ¹ 6, maddə 1161; 2019, ¹ 4, maddə 588, ¹ 7, maddə
1177, ¹ 12, maddə 1882; 2020, ¹ 8, maddə 1012; 2021, ¹ 12, maddə
1343; 2022, ¹ 8, maddə 833) 25-ci maddəsinə aşağıdakı
məzmunda ikinci və üçüncü
cümlələr əlavə
edilsin:
“Sellülar (mobil) xidmətlərdən istifadə ilə əlaqədar, mobil cihazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeydiyyatı aparılmalıdır. Mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin (tək və bənzərsiz olaraq yaradılmış beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrə) dəyişdirilməsi və ya surətinin köçürülməsi, habelə mobil operator tərəfindən İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsi qadağandır.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr
2022-ci il
Azərbaycan.- 2023.-29 yanvar.- S.4.