"Gömrük
tarifi haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikasının
2022-ci il 27 dekabr tarixli 775-VIQD nömrəli Qanununun
tətbiqi və "Gömrük tarifi haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiqi barədə"
Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 4 iyul tarixli
936 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 775-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1."Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2.həmin Qanunun 12.4-cü maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə uyğun olaraq, gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydaları üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
2.2. "Gömrük
tarifi haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2022-ci il 27 dekabr tarixli 775-VIQD nömrəli Qanunundan
irəli gələn digər məsələləri
həll etsin.
3."Gömrük tarifi
haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiqi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2013, ¹ 7, maddə
801; 2016, ¹ 2 (II kitab),
maddə 260, ¹ 6, maddə
1022; 2017, ¹ 8, maddə 1521; 2022, ¹ 1, maddə 19, ¹ 5, maddə
474) 3-cü hissəsində aşağıdakı dəyişikliklər
edilsin:
3.1. 3.1-1-ci bəndə "Qanunun" sözündən sonra "12.4-cü," sözləri əlavə edilsin;
3.2. aşağıdakı məzmunda 3.1-2-ci bənd əlavə edilsin:
"3.1-2. həmin Qanunun 12.4-cü maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 yanvar
2023-cü il
Azərbaycan.- 2023.- 29 yanvar.- S.4.