Azərbaycan və Tacikistan xarici işlər nazirləri arasında telefon danışığı olub
Yanvarın 28-də Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edərək ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı edilmiş silahlı hücumu qınadığını, tutulan şəxsin qısa müddət ərzində cəzasını tapmasının zəruri olduğunu vurğulayıb.
Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Sirojiddin Muhriddin hücum nəticəsində qətlə yetirilmiş mühafizə xidmətinin rəisinin ailəsinə və Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb. Tacikistanın Azərbaycana daim dəstək göstərməyə hazır olduğunu bildirib.
Nazir Ceyhun Bayramov
başsağlığı və dəstək diləklərinə
görə dost Tacikistanın xarici işlər nazirinə minnətdarlığını
bildirib. Səfirliyimizə qarşı xain terror aktının
icraçısı daxil, bütün
sifarişçilərin və təşkilatçıların
cəzalandırılmasının tələb olunduğunu diqqətə
çatdırıb.
Azərbaycan.- 2023.- 29 yanvar.- S. 4.