Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin
müsabiqəsinin keçirilməsi
haqqında Əsasnamə"də
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 15
aprel tarixli 222 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, № 4, maddə 297 (Cild
I) ilə təsdiq edilmiş "Dövlət
vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin
keçirilməsi haqqında
Əsasnamə"də aşağıdakı
dəyişikliklər edilsin:
1. 1.7.4-cü yarımbənddə
"ali təhsil tələb olunmayan" sözləri "informasiya
texnologiyaları sahəsində"
sözləri ilə əvəz edilsin.
2. 1.7.6-cı yarımbəndə
"baş" sözündən
əvvəl "ali və" sözləri əlavə edilsin.
3. 3.3.5-ci yarımbənddən
"(bu Əsasnamənin
1.7.4-cü yarımbəndində göstərilən şəxslər
istisna olmaqla)" sözləri çıxarılsın.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
8 aprel 2024-cü il
Azərbaycan.-
2024.- 9 aprel, № 73.- S.2.