R.Ə.Məmmədovun
Azərbaycan Respublikasının
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Ramin Ələmşah oğlu Məmmədov Azərbaycan Respublikasının
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri təyin edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
8 aprel 2024-cü il
Azərbaycan.- 2024.- 9
aprel, № 73.- S.2.