Parlamentin sədri:
“Qırğızıstan Azərbaycanla
qədim tarixi bağlara əsaslanan qardaşlıq münasibətlərinə
önəm verir”
Azərbaycanın xarici işlər naziri Ceyhun
Bayramov Qırğızıstan parlamentinin sədri Nurlanbek Şakiyev ilə görüşüb.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildirilib ki, görüş
zamanı iki ölkə arasında müxtəlif sahələrdə
strateji əməkdaşlıq
münasibətləri, əməkdaşlığın
perspektivləri və
parlamentlərarası əlaqələr
barədə fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov Azərbaycan ilə Qırğızıstan arasında
tarixi dostluq və qardaşlıq əlaqələrinin ölkə
liderləri arasında
mövcud qarşılıqlı
etimad və siyasi dialoq nəticəsində
daha da möhkəmlənərək
“Azərbaycan Respublikası
və Qırğız
Respublikası arasında
Strateji Tərəfdaşlıq
haqqında Bəyannamə”
ilə təsbitini tapdığını məmnunluqla
qeyd edib. Qarşılıqlı səfər
və təmasların
mövcud strateji tərəfdaşlıq münasibətlərinin
inkişafı, habelə
müqavilə-hüquq bazasının
genişləndirilməsinə təkan verdiyi diqqətə çatdırılıb.
Nazir xüsusilə
parlamentlərarası müstəvidə
ölkələrin bir-birinin
mövqeyinə qarşılıqlı
dəstək göstərməsinin
vacibliyi qeyd edilib, parlamentlərarası
əlaqələrin inkişafı
üçün geniş
perspektivlərin olduğunu
vurğulayıb.
Bununla yanaşı,
regional və beynəlxalq təşkilatlar
çərçivəsində münasibətlərin inkişafının
önəmi qeyd olunub. Xüsusilə Türk Dövlətləri
Təşkilatı (TDT) çərçivəsində
əməkdaşlığın geniş perspektivlərinin
mövcudluğu, habelə
mövcud potensialdan istifadə olunması istiqamətində TDT-yə
üzv dövlətlər
arasında intensiv təmasların vacibliyi diqqətə çatdırılıb.
Bu xüsusda, TDT-nin iyulda Şuşada
keçiriləcək növbədənkənar
zirvə görüşünün
və oktyabrda Bişkekdə təşkil
ediləcək rəsmi
sammitin Təşkilatın
inkişafına xidmət
edəcək təmaslardan
biri olacağına dair inam bildirilib.
Qırğızıstan parlamentinin sədri, həmçinin COP29-a hazırlıq
işləri, Azərbaycan
ilə Ermənistan arasında normallaşma prosesi barədə məlumat verilib.
Nurlanbek Şakiyev
ölkəsinin Azərbaycanla
qədim tarixi bağlara əsaslanan qardaşlıq münasibətlərinə
önəm verdiyini və yuxarıda qeyd olunan sahələrdə
əməkdaşlığın təkmilləşdirilməsi perspektivlərinin
mövcudluğunu qeyd
edib. Ötən il Ulu Öndər
Heydər Əliyevin
100 illik yubileyi ilə bağlı tədbirdə iştirak məqsədilə ölkəmizə
səfərini məmnunluqla
xatırlayan spiker iki ölkənin parlamentləri arasında əməkdaşlığın gündən-günə dərinləşdiyini
vurğulayıb.
Görüşdə, həmçinin digər qarşılıqlı maraq
doğuran ikitərəfli
və çoxtərəfli
məsələlər müzakirə
edilib.
Azərbaycan.-
2024.- 10 aprel, № 74.- S.6.