Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər müzakirə olunub

 

Aprelin 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər arasında keçirilən təkbətək görüş daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli formatda davam edib.

Geniştərkibli görüşdə Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, COP29-a hazırlıq işləri, habelə regionda mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında tarixi dostluq qardaşlıq əlaqələrinin ölkə liderləri arasında mövcud qarşılıqlı etimad, siyasi dialoq nəticəsində daha da möhkəmlənərəkAzərbaycan Respublikası Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannaməilə təsbitini tapdığını məmnunluqla qeyd edib.

Qarşılıqlı səfər təmasların mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, habelə müqavilə-hüquq bazasının genişləndirilməsinə təkan verdiyi diqqətə çatdırılıb.

İki ölkənin strateji tərəfdaşlıq əlaqələrinin Azərbaycanla Qırğızıstan arasında Dövlətlərarası Şuranın, iqtisadi humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın işi ilə daha da təkmilləşdiyi, həmçinin inkişaf etdiyi vurğulanıb.

Azərbaycan ilə Qırğızıstan arasında müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığın çoxşaxəli xarakter daşıdığı vurğulanıb. Orta Dəhliz çərçivəsində iki ölkə arasında geniş əməkdaşlıq potensialı olduğu diqqətə çatdırılıb. İki ölkənin qarşılıqlı şəkildə mədəniyyət günlərinin keçirilməsinin, mədəniyyət incəsənət sahəsində əməkdaşlığın dərinləşməsinin əhəmiyyətli olduğu bildirilib. Yaşıl enerji istehsalı sahəsində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, regional beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin inkişafının önəmi vurğulanıb.

Ceyhun Bayramov, həmçinin qarşı tərəfi ölkəmizin COP29 sədrliyi, aparılan danışıqlar hazırlıq işləri barədə ətraflı məlumatlandıraraq, bu mötəbər tədbirin əməkdaşlıq üçün yeni perspektivlər yaratdığını diqqətə çatdırıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə regional sülh quruculuğuna təhdid törədən çağırışlardan danışan nazir sülh üçün yaranmış imkanlara qarşı yönələn birtərəfli addım təşəbbüslərin qəbuledilməz olduğunu vurğulayıb.

Qırğızıstanın sülh quruculuq prosesinə dəstəyinin yüksək qiymətləndirildiyi, habelə Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində inşa ediləcək orta məktəbin bu dəstəyin bariz nümunəsi olduğu vurğulanıb.

Nazir Ceenbek Kulubayev ölkələrimiz arasında münasibətlərin inkişaf dinamikasının məmnunluq doğurduğunu, əməkdaşlığın daha da irəlilədilməsi istiqamətində qarşılıqlı səfərlərin əhəmiyyətli rol oynadığını qeyd edib.

Qırğızıstanın Azərbaycan tərəfindən göstərilən regional sülh quruculuq səylərini daim dəstəklədiyi diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra nazirlər görüşün nəticələri ilə bağlı mətbuat konfransında bəyanatla çıxış ediblər.

 

Azərbaycan.- 2024.- 10 aprel, № 74.- S.6.