Azərbaycanla
Rusiya arasında iqtisadi əlaqələrin
genişləndirilməsi imkanları
müzakirə edilib
Azərbaycan Respublikasının
iqtisadiyyat naziri Mikayıl Cabbarovun Rusiya Federasiyasına səfəri çərçivəsində
iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi
imkanları müzakirə
edilib.
İqtisadiyyat Nazirliyindən
AZƏRTAC-a bildirilib ki,
nazir Mikayıl Cabbarov Rusiyaya işgüzar səfəri
çərçivəsində Rusiya Hökumətinin sədr müavini, sənaye və ticarət naziri Denis Manturov, iqtisadi inkişaf naziri Maksim Reşetnikov,
Mərkəzi Bankın
sədri Elvira Nabiullina, həmçinin Rusiyanın bir sıra şirkət və kommersiya qurumlarının rəhbərləri
ilə görüşlər
keçirib.
Görüşlərdə Azərbaycan və Rusiyanın əlaqələrin
inkişafına verdiyi
böyük əhəmiyyət
sayəsində iqtisadi
əməkdaşlığın genişləndiyi vurğulanıb.
Bildirilib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir
və qeyri-neft məhsullarımızın ixracında
birinci yerdədir. Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin inkişaf
gündəliyindəki məsələlərin
müzakirə edildiyi
görüşlərdə ticarət, nəqliyyat, sənaye, o cümlədən
maşınqayırma, gəmiqayırma,
əczaçılıq, innovasiyalar,
süni intellekt əsaslı həllərin
tətbiqi, maliyyə və digər sahələrdə dinamikanın
artırılması üçün
perspektivlər qeyd olunub.
Görüşlərdə Azərbaycanın qeyri-neft
sənayesinin inkişafı
istiqamətində görülən
işlər, sənaye
zonalarında sahibkarlara
təqdim edilən güzəşt və stimullar, birgə layihələrin reallaşdırılması
imkanları barədə
məlumat verilib. Əməkdaşlığı təşviq edən mexanizmlərin təkmilləşdirilməsi,
ikitərəfli maliyyə
gündəliyi və
qarşılıqlı maraq
doğuran digər məsələlər nəzərdən
keçirilib.
Azərbaycan.-
2024.- 10 aprel, № 74.- S.6.