Beynəlxalq və
regional gündəlikdə dayanan qarşılıqlı
maraq kəsb edən mövzular diqqət mərkəzində
olub
Aprelin 8-də Romada
Azərbaycan Xarici İşlər Nazirliyi ilə İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi
arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildiriblər ki, siyasi məsləhətləşmələrdə
nümayəndə heyətlərinə
Azərbaycan tərəfindən
xarici işlər nazirinin müavini Fariz
Rzayev, qarşı tərəfdən
isə İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin
müavini Edmondo Çirielli
rəhbərlik ediblər.
Məsləhətləşmələr zamanı
iki ölkə arasında ənənəvi
dostluğa və qarşılıqlı etimada
əsaslanan çoxölçülü
strateji tərəfdaşlıq,
onun gücləndirilməsi,
həmçinin siyasi,
ticarət-iqtisadi, energetika,
müdafiə və təhlükəsizlik, nəqliyyat,
logistika, humanitar sahələrdə əlaqələrin
genişləndirilməsi imkanları
müzakirə olunub.
Tərəfdaşlığın dərinləşdirilməsi
üçün yüksək
səviyyəli qarşılıqlı
səfərlərin davam
etdirilməsinin, habelə
Strateji Dialoqun və Hökumətlərarası
Komissiyanın növbəti
iclaslarının keçirilməsinin
əhəmiyyəti vurğulanıb.
Beynəlxalq və
regional gündəlikdə dayanan qarşılıqlı
maraq kəsb edən mövzular, çoxtərəfli formatlarda
əməkdaşlığın genişləndirilməsi mövzuları
da müzakirələrin diqqət
mərkəzində olub.
Qarşı tərəf
bu ilin noyabrında
Azərbaycanda keçiriləcək
COP29-a hazırlıq və
görüləcək işlərlə
bağlı məlumatlandırılıb.
Qarşı tərəfə
regional vəziyyət, Azərbaycan
tərəfindən bölgədə
davamlı sülhün
bərqərar olunması
istiqamətində atılan
addımlar barədə
məlumat verilib. Habelə işğaldan azad edilmiş ərazilərimizdə mina problemi,
orada həyata keçirilən bərpa-quruculuq
işləri, bu xüsusda İtaliya ilə əməkdaşlıq
mövzuları ətrafında
fikir mübadiləsi aparılıb.
Tərəflər iki ölkə arasında mədəniyyət, elm, təhsil
sahələrində, xüsusilə
də Bakıda İtaliya-Azərbaycan Universiteti
çərçivəsində həyata keçirilən
mübadilələrin, habelə
beynəlxalq inkişafa
yardım sahəsində
potensial əməkdaşlıq
imkanlarının tərəfdaşlığın
şaxələndirilməsindəki əhəmiyyətini qeyd ediblər.
Səfər zamanı F.Rzayev,
həmçinin İtaliyanın
digər rəsmi şəxsləri ilə görüşüb, eləcə
də nüfuzlu beyin mərkəzlərində
təşkil olunmuş
tədbirlərdə çıxış
edib.
Azərbaycan.- 2024.-10 aprel,
№74.- S.6.