Ramazan insanların həmrəyliyini nümayiş etdirir

 

Ramazan bayramı müsəlmanların ən əziz, ən müqəddəs bayramlarından biridir. İslamda ilin ayları arasında Ramazan ayı ən şəfqətli ay hesab edilir. Ona görə onu "on bir ayın sultanı" da adlandırırlar. Çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan "Qurani-Kərim" nazil olub. Həmin gecəyə "qədr" ya "əhya" gecəsi deyirlər.

Müsəlmanlar bu ayda böyük mənəvi zəfər bayramının sevincini bir-biri ilə bölüşür birlikdə namaz qılaraq Uca Yaradana şükürlərini bildirirlər. Pak qəlbləri ilə əllərini Tanrıya açıb Ondan istəklərini diləyirlər. Bayram namazı Ramazan ayı boyunca mənəvi olaraq ilahi zirvəyə çatmışların Allahla birbaşa ünsiyyətidir. Namaz qıldıqca insan ürəyindəki bütün saf diləklərini dilə gətirir, səmimi-qəlbdən Allaha dua edir. Sonra ailə üzvləri ilə birlikdə açılan bayram süfrəsi arxasında oturub bu müqəddəs günü qeyd edirlər...

Ramazan ayı insan nəfsinin paklığı, eyiblərin naqisliyin islah olunması, ağıl, iman iradənin saflaşması dövrüdür. İnsan bu ayın dua ibadətləri ilə eyiblərdən saflığa, saflıqdan kamilliyə, mənəvi təmizliyə doğru gedir. Bu ay ruhun tərəqqisi, Allaha pərvaz etməsidir. Ramazan ayında fani varlıqlar sanki savaş meydanına atılırlar. İmanla nəfs bu meydanda çarpışır. Nəfs bütün imanlı işləri üstələməyə çalışır, onun davamlı olmasını istəyir. İnanclar isə mətanətlə, dəyanətlə buna qarşı çıxır. Zaman keçdikcə dil yalandan, göz könül haramdan uzaqlaşır. Orucluq insanlara iradələrini, dözümlüklərini yoxlamağa şərait yaradır, addım-addım onları paklığa, mənəvi təmizliyə dəvət edir.

Təəssüflər ki, keçmiş sovet hakimiyyəti illərində islamın başqa ayinləri ibadətləri kimi, orucluq da qadağan olunmuşdu. Lakin imanlı adamlar gizli olsa, dini rituallarını icra edirdilər. Oruc tutmaqlarından, namaz qılmaqlarından, uca Tanrıya ibadətlərindən qalmırdılar.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra insanların vicdan azadlığı bərpa olundu. İslam dininə, onun ibadət ayinlərinə olan münasibət kökündən dəyişdi. Artıq insanlar azad şəkildə müqəddəs bayramlarını qeyd etməyə başladılar, namaz qıldılar, oruc tutdular. "Azərbaycan Respublikasının bayramları haqqında" qanuna əsasən, Ramazan bayramı da, başqa bayramlar kimi, ölkəmizdə dövlət səviyyəsində qeyd olunmağa başladı.

Tədqiqatçıların fikrincə, "Ramazan" yay aylarının sonunda payızın əvvəlində yağan yerdəki tozları təmizləyən yağış mənasını da verir. Yəni bu yağış Yer üzünü necə yuyub təmizləyirsə, Ramazan ayı da möminləri günahlardan eləcə təmizləyir. Ramazan ayı - mənəvi tərbiyə ayıdır. Ramazanın başqa bir mənası isə yanmaqdır. Buna görə Ramazan ayı oruclunun günahlarını yandıraraq yox edir. Hər iki mənanın birləşdiyi nöqtə oruclunun bu ayda günahlardan təmizlənməsidir.

Ramazan bütün müsəlmanlar üçün əzizdir, müqəddəsdir. Bu bayramı islam dininə qəlbən bağlı olan Azərbaycan xalqı neçə əsrdir ki, yüksək inam ruh yüksəkliyi ilə qeyd edir. İslam dininə görə, oruc tutanlar axirətdə dünyada Allahın sevgisini qazanırlar. Bir sözlə, Ramazan ayı Allahı dərk etmək, mənəvi təmizlənmə Uca Yaradana yaxınlaşma ayıdır. On bir ayın sultanı olan Ramazanda həm müsəlmanlara həmrəyliklərini nümayiş etdirməyə fürsət verilir.

Azərbaycan dünyanın ən tolerant ölkəsidir. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət göstərildiyini vurğulayaq demişdir: "Azərbaycan müasir dövlətdir, dünyəvi dövlətdir. Eyni zamanda öz milli dini ənənələrinə sadiq olan dövlətdir. İslam dəyərləri bizim milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir müqəddəs Ramazan ayı bütün dövrlərdə Azərbaycan xalqının qəlbində yaşamışdır... Azərbaycan o ölkədir ki, burada bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır bu, bizim böyük sərvətimizdir".

Prezident İlham Əliyev hər il Ramazan bayramında xalqımızı təbrik edir. Dövlət başçımız bu il Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlamışdı: "Ramazan ayı insanların qəlbini təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müqəddəs kitabımız "Qurani-Kərim"in nazil olduğu bu ayda müsəlmanlar Uca Yaradan qarşısında vicdani borc vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi zənginliyin fərəhini yaşamaq fürsəti qazanırlar. Xalqımız taleyinin ən çətin dönəmlərində belə öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlamışdır. İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda dini bayram mərasimlər hər il qeyd olunur müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi təcəssüm etdirir. Builki Ramazan bayramı həm otuzillik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə əlamətdardır".

Ramazan bayramı həm insanların Vətən, torpaq, dövlətçilik kimi müqəddəs amallar ətrafında daha sıx birləşməsinə xidmət edir. Məhz bu birlik, həmrəylik dövlətimizin daha da güclənməsini, düşmən tapdağındakı torpaqlarımızın işğaldan azad olunmasını təmin etdi. Təəssüflə qeyd olunmalıdır ki, işğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər ermənilər tərəfindən nəinki dağıdılmış, hətta bir çox halda təyinatına uyğun olmayan şəkildə istifadə edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş bu ərazilərdə olması, həmin dini obyektlərin yenidən qurulması ilə bağlı tapşırıqları hamımızı ürəkdən sevindirir. Bu, ölkəmizdə həm dini dəyərlərimizə, həmçinin hər bir müsəlmana göstərilən ən böyük diqqət qayğıdır.

 

Vahid MƏHƏRRƏMOV

 

Azərbaycan.- 2024.- 10 aprel, № 74.- S.11.